Qohumunun toyunda gəzdirdiyi elektron qolbağı qırıb atdı - Yeyib-içdi, oynadı, sonra isə
Siyəzəndə qohumunun toyunda iştirak edən şəxs üzərində gəzdirməli olduğu elektron qolbağı qıraraq yerə atıb.
azxeber.com "qaynarinfo.az"a istinadən xəbər verir ki, Siyəzən rayon sakini Sakit (şərti) Xaçmaz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, 4 il 5 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilib. Həmin tarixdə Sakitə elektron nəzarət vasitəsi tətbiq olunub.
Sakit Siyəzən şəhərində yerləşən "Siyəzən Palace" şadlıq sarayında qohumunun toyunda rahat yeyib-içmək, şənlənmək üçün ayağında olan elektron qolbağı dartaraq açıb və mobil qurğu ilə birlikdə cibinə qoyub.
Daha sonra Sakit içkili halda "Siyəzən Palace" şadlıq sarayında elektron qurğunu yerə tullayıb. Toyun səhəri günü ayıldıqdan sonra "Siyəzən Palace" şadlıq sarayında elektron qurğunu axtarsa da, tapa bilməyib. Məlum olub ki, qolbaq tapılaraq yararsız halda Siyəzən Rayon Polis şöbəsinə təhvil verilib.
Məhkəmə Sakitdən 2277 manat 40 qəpik məbləğində pul tutularaq, Ədliyyə Nazirliyi Probasiya Xidmətinə köçürülməsinə qərar verib və o, yenidən elektron qolbaqla təmin olunub.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır