Qondarma komandalarda oynayan futbolçularla bağlı intizam işi açıldı
Ukrayna Futbol Assosiasiyasının (UAF) Nizam-İntizam Komitəsi qondarma Luqansk Xalq Respublikası (LXR) və Donetsk Xalq Respublikasının (DXR) komandalarının oyunlarında iştirak edən 26 yerli futbolçu ilə bağlı intizam işi açıb.
Publika.az UAF-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunçulardan 9-u "LXR yığması"nın heyətində qondarma Abxaziya Respublikası ilə yoldaşlıq matçında forma geyinib. Həmin qarşılaşma 2020-ci il sentyabrın 25-də Gürcüstanın Suxumi şəhərində oynanılıb.
Digər 17 futbolçu isə LXR-in "Vostok-Uqol" klubu ilə dekabrda eyni şəhərdə baş tutmuş "Qardaş Xalqlar Liqası" turnirində iştirak edib.
Adları federasiyanın rəsmi saytında yer alan bütün futbolçular Ukrayna futbolunun imicinə xələl gətirən qarşılaşmalarda iştirakla bağlı aprelin 8-dək yazılı izahat verməlidirlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

İrana qarşı müharibəyə qoşulacağıq: Bu ölkələr Trampa ŞƏRT QOYDU
Tramp: Hörmüz boğazını asanlıqla aça bilərik
Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə
Paşinyanın Putinə "yox" deməsi Ermənistana nəyin bahasına başa gələcək - SENSASİON DETALLAR
Prezident Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
"Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq ədalətə söykənir" - XİN
İlham Əliyev Mixeil Kavelaşvili ilə təkbətək görüşdü
İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib
Azərbaycan avro ucuzlaşıb, bu valyuta isə BAHALAŞDI
Azərbaycanda məktəbdə şagird BIÇAQLANDI
Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
Qida borusunda yemək qalan qadın öldü
53 yaşlı kişi damdan yıxılıb öldü
Bakıda DƏHŞƏT: Övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR
Fidan Arakçı ilə danışdı