"Qorxu orqanizmdə xəstəliklər üçün zəmin yaradır" – Həkimdən AÇIQLAMA

Xəstəliklər hər kəsin qaçdığı, amma bir müddət sonra yenidən qarşılaşdığı problemlərdəndir.
Bəs xəstəliklərin əsas səbəbi viruslardır, yoxsa qorxu?
Mövzu ilə bağlı KONKRET.az-a danışan İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli söyləyib ki, xəstəliyin əsasında sıxıntılar durur:
"Ümumiyyətlə xəstəlik nədir, ona nəzər salaq. Xəstəlik insanda psixoloji və ya fizioloji funksionallığın pozulmasıdır. Qeyd etmək lazımdır ki, bütün fizioloji pozuntuların əvvəli psixoloji pozuntu ilə başlayır. Bu hal psixi alqoritmlər adlanır. Yəni psixikamızda qurulan kodlaşma nəticəsində insan orqanizmində müəyyən dəyişikliklər, yaxud proseslər baş verir. Xüsusən son dövrlər formalaşan və kütləvi hal alan xəstəliklərin əsasında gərginlik, sıxıntılar və "mütləq mən də xəstələnəcəm" qorxusu durur.
Məsələn, koronavirus zamanı hələ virusun özü Azərbaycana gəlməmiş Çində koronavirusa yoluxan insanların videoları sosial şəbəkələrdə qorxu yaratdı. İnsanlar məhz qorxu və stress nəticəsində həmin xəstəlik üçün öz səhhətində zəmin hazırladı".
Ekspert uşaqların viruslara yoluxmasına da münasibət bildirib:
"Bir məqamı unutmamalıyıq ki, uşaqlarla analar arasında ruhsal bağ mövcuddur. Yəni onların psixikaları bir-birinə bağlıdır və bu bağlılıq nəticəsində körpə ananın bütün düşüncələrini, hisslərini duyur. Ana övladını qoruma mexanizminə keçəndə avtomatik olaraq uşağın beynində müdafiə mexanizmi formalaşır. Orqanizm isə müdafiə mexanizmini-immuniteti özündə formalaşdırmaq üçün həmin xəstəliyə tutulmalıdır. Bu məqamda istənilən xəstəlik öz böyüklüyünü itirir. Misal üçün, tarixdə xərçəng xəstəliyindən sağalan insanlar da var. Düzdür, bu say bir qədər azdır, amma bunu bacaran, psixologiyasını pozitivə kökləyə bilən şəxslər var. Bütün xəstəliklər bizim beynimizdə formalaşır və ona verdiyimiz obraza, dəyərə görə kök atmağa başlayır".
Fatimə Lətif,
KONKRET.az

Sağlamlıq       Tarix: 24 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun xəbər.az son xəbərlər bugün 2026 novruz bayramı