Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA
Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar.
KONKRET.azxəbər verir ki, Pravda.az-a açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə, uşaqların günvurmadan qorunması üçün onların səhər saat 10:00-dan 15:00-dək günəş şüaları altında olmamaları lazımdır.
O qeyd edib ki, günvurma hadisələri daha çox bu saat aralığında baş verir: "Uşaq həyətə çıxarkən günəş şüalarından qoruyan papaq geyinməlidir. Burada geyimin rəngləri də əhəmiyyət kəsb edir. Daha çox əlvan rəng seçiminə üstünlük verilməlidir. Ürəkbulanma, qusma, hərarətin 39-40 dərəcəyədək yüksəlməsi ilə bağlı şikayətlər varsa, uşağı sərin yerə aparmaq, bol-bol maye qəbul etdirmək, hərarət üçün parasetamol və ya ibuprofen təkibli dərman vermək lazımdır. Vəziyyət ağırlaşarsa isə həkimə müraciət edilməlidir".
Pediatr günvurma zamanı valideynlərin etdiyi yanlışlardan bəhs edib: "Bəzən bu hal yaşananda valideynlər uşaqlarını günün altında saxlamağa davam edirlər. Bəzən isə uşağı buz kimi suya salırlar, bədəninə soyuq su vururlar. Bunlar yolverilməzdir. Edilən yanlışlardan biri də huşu itən və ya qusan uşaqlara məcburi su içirtməkdir. Tibbi yardımı gecikdirirlər. Uşağın üstünü qalın örtürlər və ya dərhal isti geyim geyindirirlər, havasız qapalı yerdə saxlayırlar. Bunlar günvurma zamanı edildikdə mövcud əlamətləri daha da şiddətləndirə bilər ki, bu da daha ağır nəticələnə bilər. Ona görə günvurma varsa, dərhal uşaq sərin yerə aparılmalıdır. Ağır əlamətlər müşahidə edilərsə, təcili tibbi yardım çağırmaq lazımdır".

Azərbaycanla delimitasiya prosesi... - Kobaxidze
Biləsuvarda bıçaqlanan 26 yaşlı kişi ölüb, saxlanılan var - ƏLAVƏ OLUNUB
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Cəbrayılın azadlığı – Tarixi qələbəmizin təntənəsi
"Cəbrayılın azadlığı Zəfər yolunun mühüm mərhələsi idi" – Deputat
Ronaldodan gözlənilməz qərar
Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri
Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq çəkisini və təsir imkanlarını artırır - RƏY
Millimiz Litvanı məğlub edib
6 il əvvəl həbs edilən polkovnik dünyasını dəyişdi
Biləsuvarda 26 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib
Ağstafada iki qardaş kafedə xəsarət alıb
Dünya birjaları: neftin qiyməti