QORXUNC PROQNOZ reallaşır: 200 milyon insan
İqlim miqrasiyası artıq ABŞ-da başlayıb. Ancaq bunun üçün tələb olunan qiyməti ödəmək lazımdır.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, zəngin amerikalılar təbii fəlakətlərdən zərər çəkmiş bölgələri tərk edirlər.
Zənginlər təhlükəsiz ərazilərə gedərkən onların tərk etdikləri mənzilləri yoxsul əhali alır. Son araşdırmalara görə, ABŞ sakinlərinin təxminən yarısı ekstremal hava şəraiti səbəbindən köçməyi planlaşdırır. İnsan axınının lideri Kaliforniyadır. Burada yanğın və quraqlıq anomal hadisələrdən ilboyu müşahidə edilən hadisələrə çevrilib.
Kataklizmlər daşınmaz əmlak bazarını yenidən formalaşdırır. Amerikalıların 79 faizi təbii fəlakətlərin çoxaldığı ərazilərdə ev almayacaqlarını bildirib. Demək olar ki, eyni fazi nisbətində respondentlər həddindən artıq isti şəraitdə və ya dəniz səviyyəsinin yüksəldiyi bölgələrdə yaşamaq istəmirlər.
"2100-cü ilə qədər bütün Amerika sahillərinin su altında qalacağı güman edilir. Mayami-Deyt və ya Nyu-York kimi böyük şəhərlər suya qərq olacaq. Bu vəziyyətdə söhbət Amerikanın daxili ştatlarına köçmək məcburiyyətində qalan on milyonlarla insandan gedəcək", - deyə politoloq-amerikaşünas Malek Dudakov deyib.
Şimali Amerika qitəsində köç yalnız daxillə bağlı deyil. Son bir il ərzində 1,5 milyon insan ABŞ sərhədini qanunsuz keçib. Misal üçün, uzağa getmək lazım deyil. Son miqrant qalmaqalı Haitidən qaçqın axını səbəbindən başlayıb. Ağ Evin onları deportasiya etmək qərarı hüquq müdafiəçilərinin sərt tənqidinə səbəb olub.
Alimlər iqlim faktorunun getdikcə daha çox insanları yerdəyişməyə məcbur etdiyini düşünürlər. BMT-nin bu həftə yayılan hesabatında 2050-ci ilə qədər planetdəki iqlim miqrantlarının sayının 200 milyonu keçəcəyi bildirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür