Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Milli Mətbuat Günü münasibətilə media rəhbərləri ilə görüş keçirdi - FOTOLAR
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin bir sıra media qurumlarının rəhbərləri ilə görüş keçirib.
azxeber.com xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Milli Mətbuat və Jurnalistika Gününün 148-ci ildönümü münasibəti ilə ölkəmizin media subyektlərinin nümayəndələri ilə QHGT-nin mənzil qərargahında bir araya gəliblər.
Görüşdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri – "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, "Azxəbər" İnformasiya Agentliyinin baş redaktoru Hacıbəy Heydərli və "İnter Press" Media Qrupunun baş direktoru Toğrul Allahverdili, "Editor" İnformasiya Agentliyinin baş redaktoru Fərid Şahbazlı, "Azxəbər" İnformasiya Agentliyinin baş direktoru Əfsələddin Ağalarov, "Demokrat.Az" internet portalının baş redaktoru Vasif Həsənli və "Bizim.Media" informasiya portalının baş redaktoru Anar Tahirov iştirak ediblər.
Qonaqları salamladıqdan sonra QHGT-nin sədri Orduxan Qəhrəmanzadə mətbuat və jurnalistikanın günümüzdə əhəmiyyətli rolu, QHGT ilə media subyektləri arasında sıx əməkdaşlıqdan söhbət açıb və tərəfdaşlığın mövcud vəziyyətini qiymətləndirib.
Ardınca, QHGT-nin beynəlxalq mediada görünürlüyünün artırılması istiqamətində işin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin, tərəflər arasında strateji hədəflər üzrə fəaliyyətlər və sözügedən tərəfdaşlığın gözlənilən faydaları və potensial inkişaf sahələri də müzakirə olunub.
Görüşün sonunda media təmsilçilərinə QHGT tərəfindən xatirə hədiyyələri təqdim olunub.











Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi