Qroznıda namaz qılan polis əməkdaşı bıçaqlanaraq ÖLDÜRÜLDÜ
Qroznıda namaz qılan polis əməkdaşı bıçaqlanıb, nəticədə o, aldığı yaralardan həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında məlumat yayıb.
Bu gün Qroznının mərkəzində bir nəfər yol polisi əməkdaşına namaz qılarkən bıçaqla hücum edib. Cinayətkar onu ölümcül yaralayıb.
Hadisə müfəttiş namaz otağına dəstəmaz almaq üçün getdiyi zaman baş verib. Cinayətkar xidməti silahla hadisə yerindən qaçmaq istəyərkən güllələnib.
Hazırda polis cinayətkarın ehtimal olunan şəriklərini, habelə cinayətin motivlərini araşdırır, əməliyyat tədbirləri həyata keçirilir.
İlkin məlumata görə, cani təkbaşına hərəkət edib, onun şəxsiyyəti müəyyənləşdirilir.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı