Qubada çətənə kolları əkən şəxs saxlanıldı
Quba sakininin evindən narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 61 yaşlı Telman Zeynalov yaşadığı evin yaxınlığında saxlanılıb.
T.Zeynalov üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə çəkisi 2 qrama yaxın olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən T.Zeynalova məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan ümumi çəkisi 0.9 qram olan iki bükümdə, həyətyanı sahəsindən isə 400 qramdan çox olan qurudulmuş marixuana, həmçinin xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş 36 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU