Qubada koronavirus xəstəsi karantini pozaraq yaşayış yerini tərk edib
Quba rayonu Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə,
M.Neymətullayev evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşmışdır. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış, yaşadığı ünvana qaytarılması təmin edilmiş və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilmişdir.
M.Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib