"Qurani-Kərim"lə bağlı ŞOK QƏRAR
Çinin iqtidardakı Kommunist Partiyası müqəddəs "Qurani-Kərim", "İncil" kitabları və Buddist Sutralarının ideologiyalarına və mədəniyyətlərinə uyğun olmadığını bildirərək kitabın yenidən yazılması üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, maoist partiya müqəddəs kitabların hər sətrini yenidən dəyərləndirəcək və lazımi yerlərdə dəyişiklik aparılacaq.
Belə ki, noyabr ayında Kommunist Partiyasının daimi üzvü və Baş nazirin köməkçisi Vanq Yanqın rəhbərliyində ölkənin ən önəmli dini inanc qruplarının təmsilçilərinin dəvəti ilə simpozium keçirilib. Vanq ölkədəki dinlərin Çin mədəniyyəti və Kommunit Partiyası doktrinaları ilə uyğunlaşmadığını bildirib.
Çinin "Xinhua" dövlət agentliyinin yayımladığı toplantıda dini mətnlərin əksiksiz formada dəyərləndirilməsi və uyğun olmayan yerlərin dəyişdirilməsi, mətnlərin yenidən tərcümə olunması haqqında qərar qəbul edilib.
Fransanın "Le Figaro" nəşrinin xəbərinə görə, əsas kultların təmsilçilərinin bir araya gəldiyi bu simpozium oktyabr ayının sonunda Kommunist Partiyasının toplantısında verilən qərarların tətbiqi üçün keçirilib.
"EuroNews"un xəbərinə görə, Çinin Kommunist Partiyası xarici ölkələrin təsirindən müstəqil, maoist ideologiyaya bağlı bir həyat modeli yaratmağı hədəfləyir. Bunun üçün xarici ölkələrin müdaxilə bəhanəsi kimi gördüyü dinləri çinliləşdirmək istəyir.
Zümrüd /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz