Qurban Qurbanov: "Çempion adı həmişə dəyərlidir"
"Çempion adı həmişə dəyərlidir".
KONKRET.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXVI turunda "Araz-Naxçıvan"la heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bəzi futbolçuların ilk dəfə çempionluq sevinci yaşadığını bildirib: "Bugünkü qarşılaşma sakit keçdi. Mənim üçün xoş oldu. Son matçlarda xoşagəlməz epizodlar var idi. Belə olmasını istəməzdik. Rəqib baş məşqçi Elmar Baxşıyevə də uğurlar arzulayıram. Əvvəlki çempionluqları daha aktiv qeyd etmişik. Hər halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri buna nail olmaq idi. Titulların sayını çoxaltsaq, karyeramızda iz olar".
Qurbanov Azərbaycan Kubokunun finalında "Zirə"yə qarşı keçirəcəkləri oyunla bağlı da fikirlərini bölüşüb: "Futbolçuların hər biri peşəkardır. Finalda da qalib olmaq istəyirlər. Yaxşı mövsüm keçirən komandaya qarşı oynayacağıq. "Zirə" son qarşılaşmalarda daha intizamlı oyun sərgiləyirlər. İkinci dəfə finalda üz-üzə gələcəyik".
Baş məşqçi növbəti mövsüm Azərbaycan futboluna sağlam rəqabət arzuladığını sözlərinə əlavə edib.
Xatırladaq ki, futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto