Qurban Qurbanov "Neftçi" ilə oyundan DANIŞDI - "Çalışırıq ki..."
"Çox vacib 3 xal qazandıq. İlk oyunlarda istədiyimizi meydanda görmək çətindir. Futbolçular təmkinli idilər. Yaxşı rəqibə qarşı oynadıq. Bizim üçün asan olmadı. Futbolçularımı təbrik edirəm".
Publika.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisiQurban Qurbanov Premyer Liqanın XV turunda "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis qış transfer dönəmində komandanı tərk edən Riçard Almeyda haqqında da danışıb. O, bildirib ki, Braziliya əsilli yarımmüdafiəçi Ağdam təmsilçisi üçün vacib oyunçu olub: "Bu gün komandada olan futbolçular da bizim üçün vacibdir".
Təcrübəli məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Ovusunun tam formaya düşməsi üçün nə qədər vaxt lazımdır?
- Buna dəqiq cavab verə bilməyəcəm. Sadəcə, komandaya uyğunlaşmaq problemi ola bilər. Fiziki formasını bərpa etmək çətin olmayacaq. 2 gün əvvəl yüngül zədə alıb. Ona görə bu gün risk etmədik. Bir az vaxt lazım olacaq.
- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Heç kimin qarşısını almaq istəmirik. Yuxarı yerləri tutmaq niyyətindəyik. Qarşıdakı oyuna vaxtımız azdır. "Neftçi" istəklidir. Onlara qarşı oyunlarımız maraqlı olur. Çalışırıq ki, rəqibi daha yaxından təhlil edək. Komandaya yeni məşqçi gəlib. Buna görə də ola bilsin, bizim daha çox düşünməyimiz lazım olsun. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır