Qurban Qurbanov: Prezident İlham Əliyevin təbriki bizi qürurlandırdı
"Qarabağ"ın qələbəsini ən çox azarkeşlər haqq edirdilər.
KONKRET.az–ın məlumatına görə, bu barədə "Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarstan) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Liqa mərhələsinə yollandıqları üçün hədsiz sevincli olduqlarını söyləyib:
"Gərgin oyuna şahidlik etdik. Futbolçularım böyük nailiyyət təbrik edirəm. Sanki çoxdandır stadionda bu cür atmosferə şahidlik etmirdim. Bu qalibiyyəti ən çox azarkeşlərimiz haqq edirdilər".
O, Prezident İlham Əliyevin təbrikini sevinclə qarşıladığını bildirib:
"Prezident İlham Əliyev "Qarabağ"ı təbrik edib. Bunu qürur hissi ilə qarşılayıram. Bir daha gördük ki, ölkə başçısı oyunlarımızı izləyir və bizə dəstək olur. Mən də öz növbəmdə bu qələbə münasibəti ilə Prezident İlham Əliyevi və ailəsini təbrik edirəm".
Qurban Qurbanov Liqa mərhələsinin oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəklərini istisna etməyib:
"Liqa mərhələsinin oyunlarını hansı stadionda keçirəcəyimizə qərar verməmişik. Matçlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda da davam etdirə bilərik. Lakin məsləhət olarsa Bakı Olimpiya Stadionundan da istifadə etmək mümkündür".
Baş məşqçi "Qarabağ" futbolçularının oyundan öncə gərgin olduqlarını vurğulayıb:
"Son 3 gün idi ki, futbolçuların yanında idim. onların necə gərgin olduqlarını hiss edirdim. Hətta, futbolçularıma soyuqqanlı olmağı tapşırmışdım. Baxmayaraq ki, mənim özümdə də gərginlik hiss olunurdu. Şükürlər olsun ki, bu gün onlar şirin məğlubiyyət aldılar. Onların hər birini bağrıma basıram. Futbolçularımız Liqa mərhələsində oynamağı tam haqq edirdilər".
Qeyd edək ki, "Qarabağ" – " Ferentsvaroş " oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinmişdi.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub