Qurban Qurbanov "Qarabağ"-"Neftçi" oyunundan danışdı
"Gərgin oyun oldu. Buna baxmayaraq, bəzi nüanslar var idi. Hava şəraitinin də təsiri var idi. Hər iki komanda epizodlarda ehtiyat edirdi və intizamlılığını göstərdi. Bu da çox önəmlidir. Füzuli Məmmədova uğurlar arzulamaq istəyirəm. Onun bu təyinatına sevindim, işgüzar, tələbkar insandır. Hər iki komanda bu gün 1 xal qazandı. Ədalətli nəticə elə bərabərlik idi".
Publika.az-ın məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Hava şəraitinin dəyişəcəyi əvvəlcədən bilinirdi. Oyunun saatının gec olmasında PFL-lə məsləhətləşmə olmuşdu?
- Olmamışdı. Mən proqnoza inanmıram. Gec saatda oyun olanda futbolçu daha yaxşı hazırlaşa bilir. Hətta səhər məşq də edə bilir. Gündüz də eyni hava şəraiti olur. Mən oyunların gec saatlarında keçirilməsinin tərəfdarıyam.
- Komanda neçə turdan sonra sizin istədiyiniz səviyyədə olacaq?
- Bəli, komanda hələ tam hazır deyil. Adətən belə vəziyyətlərdə 3-4 oyundan sonra komanda formaya düşür. Bu da bəzilərinin daha yaxşı hazırlıqlı, digərlərinin aşağı hazırlıqlı olması ilə bağlıdır. Bəzən zədə olur, bəzən kiməsə daha çox istirahət veririk. Nə qədər hazır olmasa da, futbolçu xarakter göstərirsə, yaxşı oynaya bilər. Hər oyundan sonra 6-7 günlük fasilə olur. 3-4 turdan sonra komanda daha dinamik hala düşəcək.
- Sonuncu dəfə hansı dönəmdə ardıcıl iki oyunu eyni heyətlə keçirmisiniz?
- Bunu xatırlamıram. Mən "11-liy"i çox da dəyişmirəm. Avrokubok matçları zamanı belə dəyişikliklər olur. Nadir hallarda dəyişikliklər edirəm. Statistikaya baxacağam. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır