Qurban Qurbanov Rəşad Sadıqovla bağlı - "Ona 2 illik müqavilə təklif etdik"
"Komandamı təbrik edirəm. Çox yaxşı oyun oldu".
Publika.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda "Keşlə" üzərində qazanılan (2:0) səfər qələbəsi haqda danışarkən deyib.
"ASK Arena"dakı qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov komandasının qalibiyyətini dəyərləndirib: "Hər iki komanda bu gün özünü yaxşı tərəfdən göstərdi. Get-gedə komandalar oyun formasını yaxşılaşdırırlar. Qış hazırlığından sonra klublar daha düzgün oyun sərgiləyirlər. Bu gün asan oyun olmadı. Hər matça bu cür motivasiya ilə çıxmalıyıq".
- Ailton Silvanı artıq neçənci oyundur əvəzləyirsiniz. Maksim Medvedevi sol cinah müdafiəçisi mövqeyinə hazırlayırsınız?
- Ailton cəzalı olduğu üçün bir oyunu buraxmışdı. Performansı 90 dəqiqəyə çatmır. İkinci hissədə yorğunluğu hiss olunurdu. Başqa bir səbəbi yoxdur.
- Abdullah Zubiri pleymeyker mövqeyində oynatdınız. Bu dəyişiklik effektini verdimi?
- Bu gün mövqe dəyişikliyi etdik. Əvvəlki oyunlarda da belə addım atırdıq. Bu gün sırf rəqibə görə belə gedişə əl atdıq. Zubirə sərbəstlik verdik. O da özünü pis tərəfdən göstərmədi.
- Deyilənə görə, Rəşad Sadıqov bu gün karyerasını bitirəcək və millinin sükanı arxasına keçəcək. Buna münasibətiniz necədir?
- Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Uzun illər komandamızda olan futbolçuya belə hörmətlə yanaşırlar.
Onun adının milli ilə hallanmasına sevinirəm. Rəşadın böyük potensialı var. Həm futbolçu, həm də məşqçi kimi. Futbolçularımızın, məşqçilərimizin yaxşı yerlərdə olmasına sevinirəm. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir.//Report.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır