Qurban Qurbanovdan transfer açıqlamaları
Misli Premyer Liqasının son turunda "Qarabağ" "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub edib.
KONKRET.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Maraqlı çempionat oldu. Öz azarkeşlərimizə də minnətdarlığımızı bildirirəm. Bizim işimiz hələ davam edir. Transfer dönəmi və növbəti mövsüm üçün hazırlıqlarımız olacaq. 2-ci pillədə olmağımıza baxmayaraq yaxşı bir mövsüm keçirdik. Bu da bizim üçün təcrübə idi".
– Komandada gedəcək və yeni gələcək futbolçular barədə…?
– Yaxın günlərdə daha doğru cavab vermək olacaq. İşlər gedir. Xəbərlərimiz olacaq. Rəsmi saytımızda bununla bağlı məlumatlar olacaq.
– Zakaria Savonun transferi və Elvin Cəfərquliyevlə Ramil Şeydayevin komandadan gedəcəyi ilə bağlı məsələ ilə bağlı son məlumat necədir?
– Elvinlə bağlı hamıya danışığa açığıq. Bizimlə müqaviləsi var. Başqa komanda ilə razılığa gəlinməsə, komandadakı durumu ilə bağlı sonra qərar verəcəyik. Ramil barədə də yaxın günlərdə qərar qəbul edəcəyik. Zakaria transferi barədə isə demək olar ki, müsbət irəliləyiş var. Həllolma mərhələsindədir.
– Mövsümə nəzər yetirəndə, sizə qarşı haqsızlıq olduğunu düşünürsünüzmü?
– Haqsızlıq barədə danışmaq istəmirəm. Hakimlik barədə deyirsinizsə, onu deyə bilərəm ki, hakimlər üçün ağır bir mövsüm oldu. Onların da yaxşı bir istirahətə ehtiyacı var. Ümumi götürsək, "Qarabağ" üçün uğurlu bir mövsüm keçdi. Çempionlar Liqasında irəliləyişimiz və pley-off mərhələsində oynamağımız Azərbaycan futbolu üçün də bir uğur oldu.
– "Beşiktaş"ın baş məşqçi siyahısında sizin də adınız olduğu bildirilir. Bu barədə düşüncələriniz necədir?
– Adımız belə bir klubla çəkilirsə, ancaq təşəkkür etmək olar. Mənim "Qarabağ"la müqaviləm var.
– Bu mövsümü son illərin ən maraqlı çempionatı kimi qələmə verənlər var. Siz necə düşünürsünüz?
– Razılaşmaq olar bu fikirlə. Mövqe dəyişikləri oldu. Rəqabət güclü idi.
– Avropa Liqasında konkret bir hədəf varmı?
– Demək olar ki, Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Bu liqaya da ciddi hazırlaşacağıq. Bacardığımız maksimum nəticəyə imza atmağa çalışacağıq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA