Qurbanovun Elxan Məmmədovu oğlunun toyuna çağırması müzakirə yaratdı
Musa Qurbanlı 23 yaşında subaylığın daşını atıb. Futbol ictimaiyyətinin əksər üzvlərinin iştirak etdiyi toyda sürpriz adlar da olub.
KONKRET.az sportinfo.az-a istinadən xəbər verir ki, AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti, hazırda FİFA-da vəzifə daşıyan Elxan Məmmədov da dəvətlilər arasında yer alıb.
Nazir və yüksəkvəzifəli məmurların iştirak etdiyi toy məclisinə AFFA rəsmiləri və İcraiyyə Komitəsinin üzvləri də çağırılıblar. Qurban Qurbanovun bir vaxtlar məhz Elxan Məmmədovun təşəbbüsüylə millidən qovulduğunu nəzərə alsaq, sabiq baş katibin dəvəti əksər qonaqlarda təəccüb doğurub. Çünki kuluarlarda bu iki nəfər arasında çoxdandır münasibətin olmadığına dair fikirlər səslənirdi. Elxan Məmmədov məclisdə ondan sonra AFFA-nın baş katibi postunu tutmuş, indi münasibət saxlamadığı Sərxan Hacıyevlə üzbəüz əyləşib.
Tanınmış futbol eksperti Emin Abbasov bu hadisəyə özünəməxsus şəkildə münasibət bildirib: "Taleyin işinə bir bax. Biz həmişə Elxan Məmmədovla müharibə eləmişik ki, Qurban Qurbanovun haqqına girirsən, ayağının altını qazırsan. İndi Elxan Məmmədov Qurban Qurbanovun məclisinin yuxarı başında, bizi isə heç qapıdan içəri keçməyə belə layiq görmürlər. Həyatdır da…"

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü