Quru sərhədlərin açılması ilə bağlı VACİB XƏBƏR
"Aldığım məlumata görə quru sərhədlərin açılması məsələsinə tezliklə baxılacaq və müsbət həllini tapacaq".
Bu fikirlərlə Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çıxış edib.
Onun sözlərinə görə quru sərhədlər mütləq açılmalıdır, hamının təyyarə ilə gedib-gəlmək imkanı yoxdur:
"Quru sərhədlər koronavirus və meymunçiçəyinin yayılması ilə əlaqədar hələ də bağlı saxlanılır. Amma mən hesab edirəm ki, sərhədlər nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Burada söhbət təkcə turizmin inkişafından da getmir. Xarici ölkələrdə nə qədər soydaşlarımız var ki, hələ də ailəsinin yanına gələ bilmir. Bu problem elə də adi deyil. Quru sərhədlərə tələbat böyükdür.
Bununla bağlı biz də çoxsaylı şikayətlər və müraciətlər alırıq. Fikrimcə, birmənalı olaraq quru sərhədlərin açılmasına qərar verilməlidir. Əlbəttə ki, yoxlamanı sərhəddə tətbiq etmək olar və burada heç bir problem yoxdur".
Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.
Qeyd edək ki, bu il martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşalıb. Sadəcə qadağalardan COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.
///XəzərXəbər
Turlar.az [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı