Quru sərhədlərin bağlı olması ilə bağlı YENİ AÇIQLAMA

Quru sərhədlərin bağlı olması ilə bağlı YENİ AÇIQLAMAAzərbaycanda quru sərhədləri 2020-ci ilin martından bəri bağlıdır. Həmin vaxt hökumət bu tədbirin Covid-19 pademiyasının fəsadlarının qarşısını almaq üçün həyata keçirildiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqladı. Bununla belə, Azərbaycan hökuməti iyunun 23-də pandemiya ilə əlaqəli karantin rejiminin oktyabrın 2-nə qədər uzadılması barədə qərar çıxardı. Beləcə, karantin rejiminin uzadılması quru sərhədlərin bağlı qalmasını şərtləndirmiş oldu. Vətəndaşlar, xüsusilə tələbələr qeyd edir ki, quru sərhədlərin açılması vacibdir. Bəziləri isə sərhədlərin mərhələli şəkildə, məsələn, əvvəlcə Türkiyə və Gürcüstan üçün açılmasını təklif edirlər.
Bəs sərhədlər niyə açılmır? Mərhələli şəkildə quru sərhədləri açmaq mümkündürmü?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev də quru sərhədlərin açılmasının tərəfdarı olduğunu bildirib:
"Quru sərhədlərinin açılması ilə bağlı ciddi, anlaşılmayan məsələlər var. Biz dövlət nümayəndələri kimi bunun daha çox təhlükəsizliklə bağlı olduğunu bilirik. İnsanların bəziləri bu məsələlərdə məlumatsızdır, amma təbii ki, mən istərdim ki, elə günü sabah quru sərhədləri açılsın. Çünki quru sərhədlərin açılması yüz minlərlə insanın həyatının asanlaşdırılması deməkdir, yüz minlərlə insanın xırda ticarətlə evinə çörək aparması deməkdir və yüz minlərlə insanın sərhədi keçərək Azərbaycana turizm məqsədi ilə gəlməsi deməkdir. Bu da onların burada pul xərcləməsi deməkdir ki, bu sayədə on minlərlə insan Azərbaycan daxilində işlə təmin oluna bilər. Bütün bunları nəzərə alaraq quru sərhədlərinin açılması vacibdir. Əlavə olaraq, öz maşını ilə quru sərhədlərlə xəstə aparıb-gətirənlər, tələbələrin Azərbaycana gəlməsi və təyyarə biletlərinin baha olması fonunda sərhədlərin açılması daha vacib görünür. Həmişə bunun tərəfdarı olmuşam".
Millət vəkili sərhədlərin məhz təhlükəsizlik amilinə görə bağlı qalmasını istisna etməyib:
"Elə düşünmək olmaz ki, biz sərhədlərin açılmasını istəyirik, lakin hökumət istəmir. Bu doğru yanaşma olmaz. Yəqin ki, bizim bilmədiyimiz elə məqamlar var ki, biz də onu bilsək, hökumətlə razılaşarıq. Yəqin ki, müəyyən səbəblər var, o səbəblər öncə aradan qaldırılmalıdır ki, sonra quru sərhədlər açılsın. Mən bunu ermənilərin təxribatına, Qarabağda baş verən hadisələrə, Rusiya-Ukrayna müharibəsini bağlayıram".
R.Nurullayev sərhədlərin mərhələli şəkildə açılması məsələsinə də münasibət bildirib. O, bu addımın bir sıra problemlərə yol aça biləcəyini qeyd edib:
"Sərhədlərin mərhələli şəkildə açılması əlavə suallar yaradacaq. Bu, ölkələrlə münasibətlərin pozulmasına, bir sıra suallara və ayrıseçkiliyə səbəb ola bilər. Bütün bunları nəzərə almaq lazımdır. Bəzi ölkələrlə quru sərhədi açıb, bəzisi ilə bağlı saxlamaq heç də deyildiyi kimi asan deyil. Əgər sərhədlər açılsa, mən əminəm ki, bütün ölkələr üçün birdən açılacaq". / azxeber.com

Sosial       Tarix: 21 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar bu gune olan xeberler xeberler bugun