Qusarda evdən 2 538 manatlıq oğurluq
Qusar rayonunda evdən oğurluq edən şəxslər tutulub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərin birindən bir ədəd kompüter dəsti və ona aid aksesuarlar, bir ədəd televizor, bir ədəd ütü, eləcə də müxtəlif növ tikinti təmir alətləri oğurlamaqla zərərçəkmişə ümumilikdə 2 538 manat maddi ziyan vuran iki şəxs saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Şahmir Ağamirov və Rəsul Savziyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, yaşayış evinə gecə saatlarında qanunsuz olaraq daxil olduqlarını və cinayət yolu ilə əldə etdiyi əşyaları Şahmir Ağamirova məxsus "Niva" markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər. Oğurlanan əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib