"Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil

Azərbaycanda hər dəfə mötəbər tədbirlər keçirilən zaman ölkəmizə qarşı həm xaricdə, həm də daxildə qəribə bir təzyiq kampaniyasına start verilir. Bu ərəfələrdə biz Avropada və ölkəmizdə müəyyən qüvvələrin fəaliyyətlərinin sanki eyni mərkəzdən idarə olunduğunu müşahidə edirik. Beynəlxalq səviyyəli COP-29 sammitinin Azərbaycanda keçiriləcəyindən istifadə edən qüvvələrin fəallaşmasını təsadüfi saymaq olmaz. Maraqlıdır ki, bu fəallıq daha çox Ermənistana bağlı siyasi qüvvələrin, Fransa hökumətinin və radikal müxalifətin fəaliyyətlərində gözə çarpır".
Bunu yeniazerbaycan.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, bir dövləti xarici qonaqlar üçün cəlb edən ən başlıca faktor sabitlikdir: "Söhbətləşdiyimiz xarici turistlər etiraf edirlər ki, onlar Azərbaycanda, Bakı şəhərində gördükləri sabitliyi, qonaqpərvərliyi başqa heç bir ölkədə görməyiblər. Bütün bunlar Azərbaycan dövlətinin düzgün siyasəti, hüquq mühafizə orqanlarının peşəkar fəaliyyətinin, ayıq-sayıqlığının nəticəsində mümkün olub. Ölkəmizdə sabitliyi pozmaq istəyən xarici və daxili qüvvələr mövcuddur. Hətta bəzi qonşu dövlətlərimizə bağlı olan qüvvələr COP-29 sammiti ərəfəsində ölkəmizdə sabitliyi pozmaq üçün hərəkətə keçiblər. Son günlər hüquq-mühafizə orqanları xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə məşğul olan qrupları, şəxsləri ifşa edirlər, saxlayırlar. Erməni lobbisi beynəlxalq təşkilatlarda məsələ qaldırırlar ki, Azərbaycanda insan haqları, ekoloji təhlükəsizlik pozulur, odur ki, COP-29 sammiti Bakıda keçirilə bilməz və s. Fransa dövləti də bu məsələdə erməni lobbisinə dəstək verir. Fransanın Azərbaycandakı səfirinin geri çağırılması da ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Təsəvvür edin ki, Rusiya ilə düşmən münasibətdə olan Qərb dövlətləri rus hərbçilərinin sərhədlərini qoruduğu Ermənistana qucaq açır, amma rus sülhməramlılarını ölkə ərazisindən çıxaran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Ötən gündən başlayaraq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk etməyə başlayır. Əslində dünya mediasının gündəmində olacaq bir mövzudur. Dünyanın super güclərinin bacara bilmədiyi Rusiya kimi bir ölkənin hərbçilərinin Azərbaycandan çıxarılması rəsmi Bakının çox böyük siyasi-diplomatik uğurudur və Qərb dövlətləri bunu dəyərləndirməlidir".
R.Alıyev onu da qeyd etdi ki, Azərbaycanda hər dəfə beynəlxalq tədbir keçiriləndə aktivləşən qüvvələrdən biri də radikal müxalifət və onların media orqanlarıdır: "Avroviziya" musiqi yarışması, Avropa oyunları, "formula-1" yarışları və digər beynəlxalq tədbirlər ərəfəsində də müxalifə aksiyalar keçirirdi, insan hüquqları, siyasi məhbus məsələsini, hətta heyvan haqlarını gündəmə gətirirdilər. Onların media orqanları Bakının kənarlarında axsayan, ölən itlərin, pişiklərin şəkillərini çəkib dünyaya hay salırdılar ki, Azərbaycanda küçə heyvanlarına qarşı kobud davranılır və s. Həmin qüvvələr yenidən fəallaşıblar. "5-ci kolon"un üzvləri ölkədə təxribatlar törətmək üçün hərəkətə keçiblər. Payızda keçiriləcək COP-29 tədbirlərinin yüksək səviyyədə keçirilməsinə maneə olmaq üçün onlar erməni lobbisinin, Fransadakı ayrı-ayrı təşkilatların pullu sifarişlərini yerinə yetirəcəklər. Radikal müxalifətdən şou göstərmək üçün istifadə edilir. Uzun müddətdir ki, heç bir aksiya keçirməyən, hətta prezident seçkiləri ərəfəsində belə fəallıq göstərməyən radikalların indi aktivləşməsi təsadüfi deyil".
Politoloq onu da qeyd etdi ki, erməni lobbisinin maliyyəsi ilə hərəkət edən avropalı siyasətçilər beynəlxalq təşkilatların iclaslarında guya ölkəmizdə insan haqlarının pozulduğunu bəhanə edərək Azərbaycana qarşı sanksiya məsələsini gündəmə gətirirlər: "Onların bu çağırışına  ölkəmizdə sevinən psevdo-demokratlar da var. AXCP sədri Əli Kərimli Qubad İbadoğlu,  Tofiq Yaqublu və digərlərinin həbsini bəhanə edərək onların azadlığa buraxılması üçün aksiya keçirəcəklərini bəyan ediblər. Hər iki şəxs bir neçə ay öncə həbs olunublar və onlara konkret ittihamlar irəli sürülüb. Nə Qubad İbadoğlu, nə də digərlərinin yaxınları onların həbsini şoulaşdırmayıblar və məhkəmənin ədalətli qərar çıxaracağına inamlarını ifadə ediblər. O zaman sual olunur. Bəs nə üçün Əli Kərimli bu qədər narahatdır, özünü ortaya atıb? Milli Şura və Əli Kərimlinin indi yadına düşdü, Qubad İbadoğlunun həbsi? Təbii ki, Əli Kərimlinin davası maliyyə davasıdır. Onlar erməni lobbisinin və onlardan maliyyələşən təşkilatların sifarişlərini yerinə yetirirlər. AXCP üzvləri diqqət yetirsələr görərlər ki, Əli Kərimlinin aksiya tələbi həbs olunan şəxslərlə bağlı deyil. AXCP mitinq müraciətində göstərib ki, onlar üç yerdə aksiya keçirə bilərlər. "28 may", "Nərimanov" metrolarının qarşısı və "Məhsul" stadionu.  Hökumət dəfələrlə onlara aksiya keçirmək üçün "Məhsul" stadionunu təklif edib. Amma getməyiblər. Bilirdilər ki, aksiyaya gələn olmayacaq. Amma bu gün "Məhsul" stadionuna getməyə hazırdırlar. Çünki sifariş gəlib ki, nəyin bahasına olursa, olsun aksiya keçirin, polislə  qarşıdurmaya gedib, təxribat törədin, şou düzəldin. Ona görə də heç şübhəsiz ki, aksiya iştirakçıları qəsdən polislə qarşıdurma yaradacaqlar, sonra fotolar çəkib onu dünyaya yayacaqlar ki, ölkədə müxalifətçilər sıxışdırılır, döyülür, həbs olunur və s. Bunlar bizə tanış ssenarilərdir. Təəssüf ki, müxalifətin sıravi üzvləri "liderlərinin" erməni lobbisinin sifarişi və maliyyəsi ilə hərəkət etdiklərinin fərqində deyillər. Bütün hallarda Azərbaycanın hüquq mühafizə orqanları radikal müxalifətin planlaşdırdığı təxribatların qarşısını alacaq və günahkarlar cəzalandırılacaq". / azxeber.com

Sosial       Tarix: 18 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Qara qızıl ucuzlaşdı

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. xəbər verir ki, Londonun ICE birjasında ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 1,78 faiz ucuzlaşaraq bi

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler cəbhədən canlı son xəbərlər bugün 2026 sonxeber