Ramil Quliyevin xanımından Olimpiya medalı alındı – FOTOLAR

Ramil Quliyevin xanımından Olimpiya medalı alındı – FOTOLARBeynəlxalq Olimpiya Komitəsi (BOK) London-2012 Yay Olimpiya Oyunlarında qadınların 800 metr məsafəyə qaçış yarışının nəticələrini yenidən nəzərdən keçirərək medal bölgüsündə dəyişiklik edib.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qərara əsasən, azərbaycanlı dünya çempionu Ramil Quliyevin həyat yoldaşı, əvvəllər gümüş medalçı elan edilmiş Yekaterina Quliyevanın (keçmiş soyadı Poistoqova) nəticələri ləğv olunub və o, Olimpiya medalından məhrum edilib.
Xatırladaq ki, London Olimpiadasında ilk olaraq qızıl medalı rusiyalı Mariya Savinova qazanmış, Cənubi Afrika Respublikası təmsilçisi Kaster Semenya ikinci, Yekaterina Poistoqova isə üçüncü yeri tutmuşdu.
Lakin Savinova dopinq qaydalarını pozduğu üçün 2017-ci ildə qızıl medalından məhrum olunub. Bundan sonra qızıl medal Semenyaya verilib, Poistoqova isə gümüş medalçı elan edilib.
Həmin il Poistoqova da dopinq pozuntularına görə iki il müddətinə diskvalifikasiya edilsə də, İdman Arbitraj Məhkəməsinin qərarı ilə Olimpiya medalını qoruyub saxlamışdı.
Ramil Quliyevin xanımından Olimpiya medalı alındı – FOTOLARLakin 2024-cü ilin aprelində Rusiya Atletika Federasiyası Moskva Antidopinq Laboratoriyasının məlumatları əsasında idmançını yenidən cəzalandıraraq 2026-cı ilin martınadək diskvalifikasiya edib. Onun əvvəlki nəticələri, o cümlədən London Olimpiadasında qazandığı gümüş medal da ləğv olunub.
Quliyeva bu qərardan apellyasiya şikayəti versə də, müraciəti 2025-ci ilin mayında rədd edilib. Bundan sonra BOK yarışın yekun nəticələrini yenidən dəyişdirmək qərarına gəlib.
Yeni qərara əsasən, London-2012 Olimpiadasında qadınların 800 metr məsafəyə qaçışında gümüş medal Keniyalı Pamela Celimoya, bürünc medal isə amerikalı Alisiya Montanoya təqdim ediləcək.
Qeyd edək ki, Y.Poistoqova 2019-cu ildə azərbaycanlı dünya çempionu Ramil Quliyevlə ailə qurub, daha sonra Türkiyə vətəndaşlığını qəbul edərək Quliyeva soyadını götürüb. O, 2021-ci ildən etibarən beynəlxalq arenada Türkiyəni təmsil edir. R.Quliyev isə "Fənərbaxça"da atletika şöbəsinə rəhbərlik edir.
Ramil Quliyevin xanımından Olimpiya medalı alındı – FOTOLARRamil Quliyevin xanımından Olimpiya medalı alındı – FOTOLARRamil Quliyevin xanımından Olimpiya medalı alındı – FOTOLAR

İdman       Tarix: 23 iyun 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər axsam az xeberler sonxəbər cəbhədən son xəbər