Ramiz Mehdiyevdən sonra daha kimlər həbs ediləcək

Ramiz Mehdiyevdən sonra daha kimlər həbs ediləcəkPrezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində xüsusilə ağır cinayətlərə görə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
Rəsmi məlumatlara əsasən, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
• 278-ci maddəsi – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama,
• 274-cü maddəsi – dövlətə xəyanət,
• 193-cü maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur.
KONKRET.az Müsavat-a istinadən xəbər verir ki, bu, təkcə keçmiş məmura qarşı hüquqi addım deyil – bu, Azərbaycanda Rusiya təsir dairəsinin onilliklər ərzində qurduğu ən dərin siyasi şəbəkənin çökdürülməsi deməkdir.
İlham Əliyevin 2019-cu ildən başlayan "təmizləmə əməliyyatı"
Prezident İlham Əliyevin 2019-cu ilin yanvarından etibarən dövlət aparatında həyata keçirdiyi kadr və struktur islahatları sadəcə texniki dəyişiklik deyildi. Bu, Rusiya yönümlü məmur şəbəkəsinin dövlət idarəçiliyindən çıxarılması məqsədi daşıyan strateji bir mərhələ idi.
O dövrdən başlayaraq bir-bir ardınca mühüm postlardan uzaqlaşdırılan şəxslərin böyük qismi, məhz Moskva ilə ideoloji və siyasi bağlılığı olan məmurlar idi.
İlham Əliyev bu addımları ilə Azərbaycan dövlət aparatını xarici təsirdən azad etmək, qərarverici mərkəzləri milli məfkurəyə tabe etdirmək istiqamətində ardıcıl və sistemli siyasət həyata keçirdi.
Ən mühüm dönüş nöqtəsi isə Ramiz Mehdiyevin 2019-cu ilin payızında Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılması oldu.
Bu qərardan sonra Mehdiyev hələ bir müddət AMEA prezidentliyini saxladı, lakin artıq onun təsir dairəsi məhdudlaşdırılmış, siyasi çəkisi azaldılmışdı.
Musavat.com-un analitik təhlilinə görə, Ramiz Mehdiyev Rusiya kəşfiyyat dairələrinin və Moskva ideoloji mərkəzlərinin Azərbaycandakı ən etibarlı əlaqə nöqtəsi olub.
O, 1995–2019-cu illər ərzində Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə Rusiyanın təsirini legitim siyasi qərarların, kadr təyinatlarının və informasiya axınının içərisinə yerləşdirib.
Siyasi və ekspert çevrələri uzun illər Mehdiyevi Rusiyanın Bakıda qurduğu "beşinci kolon"un rəhbəri kimi qiymətləndiriblər.
Onun ətrafında toplanmış komanda — bəzi sabiq PA əməkdaşları, elmi və media fiqurları, hətta iqtisadi dairələrdəki şəxslər — Kremlin Azərbaycandakı maraqlarını qoruyub.
İndi dövlətin iradəsi ilə başladılan istintaq bu şəbəkənin siyasi və maliyyə kanallarını araşdırır.
İttihamların məzmunu göstərir ki, söhbət sadəcə fərdi davranışdan yox, koordinasiyalı və məqsədli təsir sistemindən gedir.
Mehdiyevin həbsi və Vətən müharibəsi: "beşinci kolon"un zəiflədilməsinin nəticəsi
Əgər tarixə baxsaq, Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində əldə etdiyi qələbə birbaşa olaraq 2019-cu ildən başlanan bu daxili təmizləmə ilə əlaqələndirilə bilər.
Ramiz Mehdiyev və onun kimi Rusiyaya bağlı şəxslərin hakimiyyət strukturlarından uzaqlaşdırılması sayəsində Azərbaycan milli qərarvermə azadlığını bərpa etdi.
Bu, ölkənin müharibəyə tam siyasi, diplomatik və hərbi hazırlıqla girməsini mümkün etdi.
Çünki məhz həmin illərdə Rusiyaya sadiq olan məmurlar Azərbaycanın müstəqil hərbi qərarlarının qarşısında sədd yaradır, informasiya və koordinasiya axınını nəzarətdə saxlayırdılar.
Prezident İlham Əliyevin cəsarətli və ardıcıl qərarları sayəsində həmin sistem dağıdıldı.
Bu, təkcə kadr islahatı deyildi — bu, milli dövlətçiliyin qorunması uğrunda daxili mübarizə idi.
Ramiz Mehdiyevin istintaqa cəlb olunması Rusiya–Azərbaycan münasibətlərində nisbi istiləşmə dövrünə təsadüf edir.
Düşənbədə keçirilən Putin–Əliyev görüşü sonrası Moskva və Bakı arasında müəyyən diplomatik mülayimlik müşahidə olunsa da, bu addım göstərir ki, Azərbaycan artıq öz daxili siyasətində Rusiya təsirinə güzəşt etmir.
Əksinə, Prezident İlham Əliyevin məqsədi aydındır: münasibətlərin normalizasiyası Azərbaycan suverenliyinin hesabına olmamalıdır.
Ramiz Mehdiyev və onun şəbəkəsinə qarşı başlanan əməliyyat bu siyasətin tərkib hissəsidir — yəni dostluq münasibəti bərabərlik üzərində qurulmalıdır, Kremlə sədaqət üzərində yox.
"5-ci kolon"un növbəti mərhələsi: general Sadıqov və hərbi struktur
İndi bütün diqqət Ramiz Mehdiyevin komandasında yer almış şəxslərə yönəlib.
Onların arasında ən çox müzakirə edilən adlardan biri — keçmiş Baş Qərargah rəisi general Nəcməddin Sadıqovdur.
Sadıqovun Rusiyanın hərbi dairələri ilə yaxın münasibətləri, orduda rusyönlü kadr siyasətini dəstəkləməsi uzun illərdir ictimaiyyətin müzakirəsindədir.
İndi Mehdiyevin həbsi bu əlaqələrin də istintaq müstəvisinə keçməsi üçün hüquqi zəmin yaradır.
Musavat.com-un mənbələri bildirir ki, istintaq mərhələli şəkildə aparılır və Mehdiyev işi digər həbslərin başlanğıcı ola bilər.
Bu, "5-ci kolon"un son qalığının da dövlət strukturlarından təmizlənməsini sürətləndirəcək.
Ramiz Mehdiyevin həbsi Azərbaycan tarixində təkcə siyasi hadisə deyil – bu, daxili müstəqillik müharibəsinin yeni mərhələsidir.
İlham Əliyevin 2019-cu ildən bəri davam edən təmizləmə siyasəti bu gün kulminasiya nöqtəsinə çatıb.
Azərbaycan artıq təkcə ərazi bütövlüyünü deyil, daxili suverenliyini də qoruyur.
Rusiyadan gələn təzyiqlər son günlər nisbətən azalsa da, Moskvanın təsir cəhdləri hələ də aktualdır.
Bu səbəbdən Prezident İlham Əliyev daxili dayaqları – qərarverici, ideoloji və informasiya mərkəzlərini tam nəzarət altına alır, xarici təsirləri dövlət sistemindən çıxarır.
Ramiz Mehdiyevin həbsi bu istiqamətdə başlanğıcdır, son deyil.
Onun işi, çox güman ki, digər şəxslərin məsuliyyətə cəlb edilməsi ilə davam edəcək.

Hadisə       Tarix: 15 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər