Ramiz Mehdiyevin Ukraynada "imperiyası" üzə çıxır

Ramiz Mehdiyevin Ukraynada Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsinə milyonlarla dollar sərmayə yatırması vaxtilə Azərbaycan diplomatiyası üçün biabırçı böhrana çevrilmişdi. Ukrayna Təhlükəsizlik Xidmətinin ifşa etdiyi bu fakt nəticəsində Kiyev rəsmi Bakıya nota göndərmişdi.
Dövlətimizin beynəlxalq nüfuzunu sarsıdan bu olayda Ramiz Mehdiyev nə etdi?
O, dövlətin maraqlarını deyil, öz biznes şərikini müdafiə etdi! Prezident Administrasiyasında keçirdiyi qapalı müşavirədə günahı Elton Məmmədovda yox, Azərbaycan səfirində və korrupsiya idarəsində axtardı. Bir neçə gün sonra həmin səfir geri çağırıldı. Çox keçmədi ki, Mehdiyevin ən sadiq kadrı, ona "ağsaqqalım, dostum, sirdaşım" deməkdən yorulmayan, "Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitab olmalıdır" deyən Elmira Axundova Ukraynaya səfir təyin olundu. Aydın idi ki, bu, diplomatik təyinat yox, "səfir alveri" idi. Elmira Axundovanın nə diplomatik təcrübəsi vardı, nə xarici siyasət biliyi, nə də beynəlxalq imici. Bu məsələni qaldıranlara isə qeyri-adekvat cavablar verilirdi.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, Axundova bu postu külli miqdarda rüşvət qarşılığında əldə etmişdi. Heç kim bu iddianı təkzib etmədi.
Demokrat.az-ın yazdığına görə, o zaman Mehdiyevin Ukraynaya "yola saldığı" səfirin əlinə xüsusi tapşırıqlar verilib. Kiyev vilayətinin Makarov qəsəbəsində Ramiz Mehdiyevin nəhəng donuz ferması və kolbasa zavodu fəaliyyət göstərir. Bəli, Azərbaycan xalqına "elm", "mənəviyyat", "əxlaq" dərsi keçən Ramiz Mehdiyev əslində "donuz biznesi" ilə məşğul imiş. İroniya ondadır ki, Qarabağda erməni separatçılarının başçılarının qurduğu biznesi Ukraynanın separatçılar tərəfindən işğal olunmuş torpaqlarında Mehdiyev təkrarlayıb! Zavodun məhsulları Ukraynadan Azərbaycan bazarına da idxal olunub. Bu müəssisəyə tez-tez baş çəkən isə onun oğlu, general Teymur Mehdiyev olub. Beləcə, Elmira Axundovanın "ağsaqqalı" "kolbasa mafiyası"nın "matriarxı"na çevrilib.
44 günlük Vətən müharibəsindən sonra Elmira Axundovanın Ukraynada sərgilədiyi mövqe xəyanətin diplomatik forması kimi açıq şəkildə görünürdü. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu canı-qanı bahasına torpaqları azad edərkən, Elmira Axundova Kiyevdə oturub dövlətin qələbəsinə kölgə salırdı. 2020-ci ilin noyabrında, Ermənistan kapitulyasiya aktına imza atandan az sonra Axundova Ukraynanın "Svoboda Slova" televerilişinə qatılaraq, Türkiyənin rolunu danıb, Rusiyaya minnətdarlıq bildirib. Bəli, Ramiz Mehdiyevin səfiri, Azərbaycan Ordusunun və Prezident İlham Əliyevin adını çəkmədən, "bizə Türkiyə kömək etmədi" deyə açıqlama vermişdi. Halbuki hər kəs qələbənin qazanılmasında İlham Əliyev, ordu və xalq birliyindən danışırdı.
Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunması ilə o günlərdə baş verənlərin alt qatı daha aydın sezilir. Elmira Axundovanın səfir olaraq danışıqları Azərbaycana qarşı təkcə diplomatik rüsvayçılıq deyildi, ideoloji xəyanət idi.
Həmin çıxışda səfirin mövqeyi ilə Mehdiyevin illərlə gizlətmədiyi anti-Türkiyə, antimilli xətt üst-üstə düşürdü. Ona görə də Elmira Axundova istintaqa cəlb edilməlidir. Bu gün ortada olan məlumatlar Elmira Axundovanın da istintaqa cəlb edilməsini labüd edir. O, təkcə Mehdiyevin təyin etdiyi səfir olmayıb, onun xarici şəbəkəsinin açar fiqurlarından biri kimi fəaliyyət göstərib. Axundova Ukraynada Mehdiyevin maraqlarını qoruyub. Bu faktlar hüquq-mühafizə orqanları üçün artıq prosessual hərəkətlərin başlanması üçün kifayət qədər əsas verir. Axundovanın istintaqa cəlbi ilə Ramiz Mehdiyevin xarici əlaqələri ifşa oluna bilər.
Bütün bunların fonunda Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyevin hələ də nazir müavini postunda saxlanılması ciddi suallar doğurur. Atası dövlətə xəyanət, çirkli pulların yuyulması və səlahiyyətdən sui-istifadə ittihamı ilə istintaq altındadırsa, oğlu necə olur ki, dövlətin yüksək postunda fəaliyyətini davam etdirir?
Bu, təkcə etik məsələ deyil, həm də dövlət idarəçiliyinin prinsipiallığına zərbədir. Ramiz Mehdiyevin sisteminin qalıqları hələ də vəzifə kreslolarında əyləşibsə, bu, o deməkdir ki, "xəyanət şəbəkəsi" tam ləğv olunmayıb. Dövlətin maraqları naminə bu zəncirin hər halqası, istər Mehdiyev, istər Axundova, istərsə də onun ailə üzvləri tam hüquqi məsuliyyətə cəlb edilməlidir.
Ramiz Mehdiyev bu gün ev dustaqlığında olsa da, onun illərlə formalaşdırdığı gizli sistem hələ də siyasi və iqtisadi müstəvilərdə izlərini saxlayır. Dövlətin uzun illər susduğu bu xəyanət şəbəkəsinin ifşası Azərbaycan üçün təkcə bir istintaq işi deyil, həm də milli təhlükəsizliyin bərpası prosesidir.

Siyasi       Tarix: 21 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri cəbhədən son xəbər bu gune olan xeberler bugunun xeberleri