"Ranar böyük səhv edib, bilmədiyi şeyləri danışmasın"

"Ranar böyük səhv edib, bilmədiyi şeyləri danışmasın""Ranar deyib, böyük bir səhv edib. Çünki Zamiq mənim yaxın dostumdur. Xırda söhbətlər aramızı heç vaxt vura bilməz".
Open.az xəbər verir ki, bu sözləri müğənni Xəyyam Nisanov "Mtv Azərbaycan"a müsahibəsi zamanı deyib.
Bir neçə gün əvvəl aparıcı Ranar Musayev "Söhbətsiz" verilişində Xəyyamla Zamiqin tədbirlərin birində birinci oxumaq üstündə mübahisə etdiklərini demişdi. Məsələyə münasibət bildirən Xəyyam Ranarı yalan danışmaqda ittiham edib: "O videonu izlədim, Ranar orada deyir ki, kimsə ona çatdırıb. Bu sübutsuz bir söhbətdir. Kim ona çatdırıbsa, səhv məlumat verib. Bilmədiyi şeyləri danışmasın. Zamiqə böyük hörmətim var və bilirəm ki, bu hörmət qarşılıqlıdır. Belə xırda söhbətə görə nə mən, nə də Zamiq mübahisə edəcək. Ən azından ayıbdır, bizə yaraşmaz. Ranar öz işçiləri ilə bir az da yaxın olsa, dəqiqləşdirsə, bunun səhv olduğunu biləcək. Nəinki Zamiqə, heç kimə qarşı o sözü demərəm. Onun üçün çalışan işçilər, köməkçilər var. Qabaqcadan vaxtı danışılır ki, mən hansı nömrədə çıxış edirəm. 3 nəfərlə tədbirlərə gədirəm, onu hamı bilir. Səhnəyə çıxarkən mikrafon verirlər, deyirlər mahnınız hazırdır, oxuyun. "Zamiqdən qabaq çıxmıram, hansısa kaprizlərimvar" bu yalan söhbətlərdir. Bilmirəm heç hansı tədbirdən söhbət gedir. Ümumiyyətlə bunu müzakirə etmək istəmirəm".
Xəyyam Ranarın "müğənnilər gedib toyunu oxusun" fikrinə də münasibət bildirib:
"Deyir ki, gedib toylarını oxusunlar, filan. Biz toylarımızı gözəl oxuyuruq və oxuduğum toylarda hər şey gözəldir, yerindədir. Proqramda heç vaxt dəyişiklik olmur. Zamiqdə də belədir. Hamı da vaxtında gəlib çıxış edir. Tövsiyyə edirəm ki, bizim haqda bilmədiyin şeyləri danışma".

Şou Biznes       Tarix: 22 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler futbol xeberleri son xəbərlər bugün 2026 en son xəbərlər bugün