Raqif Raufoğlu maddi durumu zəif olan tələbənin təhsil haqqını ödədi
106.3 radiosunun tanınmış aparıcısı Raqif Raufoğlu Azərbaycan Dillər Universitetinin (ADU) maddi durumu zəif olan tələbəsinin təhsil haqqını ödəyib.
Open.az-ın məlumatına görə, bu haqda informasiyanı ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı verib.
"Raqif bəy sentyabr ayında maddi durumu çox zəif olan tələbələrimizdən birinin təhsil haqqının yarımilini ödəmişdi, dünən də geridə qalan hissəsini ödədi.
Raqif bəyə və onun kimi belə örnək addımlarla seçilən dəyərli dostlarımıza minnətdaram!".
Ş.Sərdarlı qeyd edib ki, ADU-nun daha bir tələbəsi ailə vəziyyətilə əlaqədar olaraq 2 illik təhsil haqqı ödənişini etməkdə problem yaşayır.
"Atası vəfat etdikdən sonra təhsilini dondurmağı qərara almışdı. Universitetimizdən təhsil haqqı ödəmək üçün vaxt aldıq, təhsilini dondurmağa icazə vermədik, ona görə ki, çox savadlı tələbələrdən biridir, ivrit dilini çox yaxşı səviyyədə bilir. Hazırda 4-cü kursdur, 3000 manat təhsil haqqı borcu yaranıb. Dostlarımızdan çox xahiş edirəm, daha bir tələbəmizin yüksək təhsilli və savadlı kadr kimi ölkəmizə töhfə verməsi üçün əlinizdən gələni əsirgəməyəsiniz". /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq