Rayonlardakı hotellərdə qiymətlər xeyli ucuzlaşdı
Rayonlardakı hotellərdə qiymətlər xeyli ucuzlaşdı
Rayonda hotellərdə boşluqdur və qiymətlər əvvəlki vəziyyətinə qayıdıb.
Bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
C.Aşırov bildirib ki, yeni il bayramından öncə qiymətlər 40 faizə qədər bahalaşmışdı, hotellərə tələbat həddən artıq çox idi:
"Lakin bayram sonrası insanlar öz işlərinə qayıdıblar. Regionlarda turist sayı azdır. Nə Bakıda, nə rayonda doluluq müşahidə olunmur. Xarici turistlər də yeni ilə görə əsasən öz ölkələrinə qayıdıblar. Hazırda həftə içi rayonlarda hotellərdə ucuz qiymətə istirahət etmək mümkündür", - deyə C.Aşırov bildirib.
Ekspert bildirib ki, bayram günlərində rayonlardakı hotellərdə gecələmə və yeni il şənliyinə qatılma üçün iki nəfərlik paketin qiyməti 800, 1500, 1700 və hətta 2000 manata qədər dəyişirdi.
"Paketə daxil olan xidmətlərə, şou proqramlara görə qiymətlər də fərqli idi. Ancaq yeni il şənliklərindən sonra qiymətlər stabilləşib, indi hotellərdə boşluq müşahidə olunur", - deyə C.Aşırov vurğulayıb. /oxu.az

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir