Razi Nurullayev: Haradan tapaq bir milyon manatı ki, bağça tikək?

Razi Nurullayev: Haradan tapaq bir milyon manatı ki, bağça tikək?"İmişli rayonu, Xəlfəli kəndinin uşaq bağçası bərbaddan da bərbad gündədir. Yaponiya səfirindən də xahiş etdik. Onlar o bağçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb. Elm və Təhsil Nazirliyi deyir ki, tikilən bağçalar gərək Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun. Haradan tapaq bir milyon manatı ki, bağça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun bağça tiksinlər".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, Elm və Təhsil Nazirliyinin aidiyyəti şöbəsi ilə danışıb, xeyri olmayıb: "Nazir müavini ilə danışdım, xeyri olmadı, sonda cənab nazirlə danışdım və sağ olsun ki, yarım saatdan çox bir-birimizə kimin haqlı olduğunu sübut etməyə çalışdıq. Mənə İmişli və digər rayonlarda standarta uyğun bir bağça göstərsinlər, mən çəkilirəm kənara. Qoy uşaqlar hələ 10 il bundan sonra da o bərbad və acınacaqlı uçuq daxmada uşaqlıqlarını məhv etsinlər. Mən nazirliyin yanaşmasını qətiyyətlə rədd etməklə bərabər bu məsələnin və buna bənzər həllini gözləyən digər problemlərin həllini tələb edirəm.
Bizim həm də borcumuzdur ki, gördüyümüz narahatlıqları həll etməyə çalışaq ki, ölkəmizdə xain qüvvələr bu kimi problemlərdən yararlanıb ölkəni xaosa sürükləyə bilməsinlər".
///Apa / azxeber.com

Sosial       Tarix: 14 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler cəbhədən son durum xəbərlər.com