Razılıq əldə olundu: Rusiya bu bölgəyə QOŞUN YERİDİR
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Sudan hökumətinin Qırmızı dənizdə Rusiya hərbi dəniz bazasının yaradılması üçün Moskva ilə imzalanan müqavilənin təsdiqlənmə müddətinə başlamağa hazırlaşdığını deyib.
Publika.az xəbər verir ki, bu barədə Lavrov sudanlı həmkarı Məryəm Sadiq Əl-Mehdi ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Lavrov bu müddətin Sudan parlamentində bu kimi məqsədlər üçün tətbiq olunan prosedurlara uyğun olaraq həyata keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Sudan ilə Rusiya arasındakı razılaşma keçən ilin noyabrında elan edilib. Rusiya hökumətinin 25 iyun tarixində Qırmızı dənizdə Rusiya dəniz bazasının yaradılması üçün Sudan ilə imzalanan müqavilənin təsdiqlənmə prosesinə başladığı bildirilib.
Razılaşma çərçivəsində qurulacaq dəniz bazasında maksimum heyət sayının 300 nəfəri keçməməsinə və eyni zamanda dörddən çox Rusiya gəmisinin möhkəmləndirilməsinə qərar verilib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək