"Real Madrid" ulduz futbolçunu transfer etdi - 5 İLLİK MÜQAVİLƏ
Bir müddət öncə Almaniya çempionu "Bavariya" ilə yollarını ayıran David Alabanın yeni klubu rəsmən müəyyənləşib.
Publika.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Madrid "Real"ında davam etdirəcək.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Avstriya yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent statusu ilə keçib.
Alaba peşəkar karyerasına məhz "Bavariya"da başlayıb. O, 13 il idi Münhen təmsilçisinin formasını geyinirdi.
Yalnız 2011-ci ildə qısa müddət "Hoffenhaym"da icarədə oynamış futbolçu "Bavariya" ilə bütövlükdə 27 titul qazanıb.
10 dəfə Almaniya Bundesliqasında çempionluq sevinci yaşayan yarımmüdafiəçi, 6 dəfə Almaniya kubokunda, 5 dəfə Almaniya super kubokunda qızıl medallara sahib çıxıb.
Avstriyalı oyunçu 2 dəfə Çempionlar Liqasında, 2 dəfə UEFA super kubokunda, 2 dəfə klublararası dünya çempionatında da çempionluq yaşayıb.
David "Bavariya"nın heyətində bütövlükdə 431 oyuna çıxıb, 33 qol vurub, 47 məhsuldar ötürmə müəllifi olub. O, Avstriya yığmasında da 79 matça çıxıb, 14 qolla yadda qalıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq