"Real" Mourinyoya görə bu qədər pul verəcək
Joze Mourinyo mövsüm başa çatdıqdan sonra yenidən "Real Madrid" klubuna qayıdacaq.
KONKRET.az xəbər verir ki, xarici mediaya istinadla bildirir ki, Madrid klubu 63 yaşlı portuqaliyalı mütəxəssisin təyinatını La Liqanın 38-ci turunda "Athletic Bilbao" ilə keçiriləcək oyundan sonra rəsmi elan etməyi planlaşdırır. Həmin qarşılaşma "Real Madrid" üçün bu mövsümün son oyunu olacaq.
Oyun bazar günü, 24 may tarixində keçiriləcək.
Qeyd olunur ki, "Real Madrid" baş məşqçi Joze Mourinyo üçün "Benfika" klubuna 6 milyon avro məbləğində təzminat ödəyəcək.
Xatırladaq ki, Mourinyo daha əvvəl 2010-2013-cü illərdə "Real Madrid"də çalışıb. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Madrid klubu bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb. Bundan əlavə, "Real" 2004-cü ildən sonra ilk dəfə Çempionlar Liqasında 1/8 final mərhələsini keçə bilib.
"Real Madrid"dən ayrılandan sonra Mourinyo yenidən "Çelsi"ni çalışdırıb, daha sonra "Mançester Yunayted", "Tottenham Hotspur", "Roma", "Fənərbağça" və "Benfika" klublarında işləyib.
Keçmiş Porto baş məşqçisi Lissabon klubunun sükanı arxasına 2025-ci ilin sentyabrında keçib./Lent.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA