"Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur" - VİDEO

"Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur" - VİDEOAzərbaycanda son günlər karantin qaydalarının yumşalması xəstələrin sayının artması, hər gün 200 həddini keçməsi artıq ağır xəstələrin sayının da dəfələrlə artmasına səbəb olub. Onların əksəriyyəti də reanimasiyada, bir çoxu süni tənəffüs aparatına bağlı olaraq yaşamını davam etdirir.
Open.az-ın verdiyi xəbərə görə, Real TV bir neçə xəstəxananın reanimasiya şöbəsində olaraq orada baş verənlər haqda reportaj hazırlayıb.
Videokadrlardan görünür ki, paytaxt xəstəxanalarında reanimasiyalar artıq dolmaq üzrədir. Ağır vəziyyətdə olan xəstələr müalicə ilə yanaşı, qida qəbulunu da həkimlər vasitəsilə qəbul edə bilirlər. Çünki vəziyyətin ağırlaşması artıq onları sərbəst hərəkət etməkdən məhrum edib.
Xəstələr haqda danışan ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev deyib ki, bu günədək hər yaş qrupunda, 27 yaşdan 94 yaşadək xəstələr olub: "Bizim şöbəmizdə ən ağır, süni tənəffüs aparatına ehtiyacı olan xəstələr müalicə olunur. Bütün proseduru TƏBİB-in protkolu əsasında aparılır. Bəzi insanların xəstəliyin olmasına inanmaması nəticəsində artıq xəstəxanada yataqlar dolmaq üzrədir".
Tibb bacısı bildirib ki, virusun olduğuna inanmayanlara görə ailələrindən, evlərindən uzaq düşüblər: "Bütün insanlara demək istəyirəm ki, buna inanıb qaydalara əməl etsinlər ki, hamı evinə dönsün".
ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimotoloqu Kəmalə Namazova qeyd edib ki, son bir həftə ərzində xəstə sayı artıb: "Əksəriyyəti də ağır vəziyyətdədirlər. Burada müalicə olunmuş 45 xəstədən 30-a yaxını süni tənəffüs aparatına qoşulub və onlar sağalaraq evə buraxılıb. Hazırda 16 xəstənin vəziyyəti ağır olaraq qalır, onların müalicəsi davam edir".
REACT-19 layihəsi çərçivəsində xaricdən gətirilən Şahin Əzizov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Heydər Əliyev Fondu və TƏBİB-in təşkilatçılığı ilə bu prosesə cəlb olunublar: "Əlimizdən gələn hər şeyi etməyə hazırıq, öz biliklərimizi yerli həkimlərlə paylaşırıq".
Rəşad Quliyev əlavə edib ki, artıq xəstə qəbul etməyə yer qalmayıb: "Xəstələrin sayı durmadan artır, gücləndirilmiş rejimdə xəstələri müalicə edirik. Artıq reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur".
Həkimlərdən başqa, süni tənəffüs aparatına qoşulmayan, nibsətən yüngül olan xəstələr də bu barədə danışıblar. Onlardan biri bildirib ki, bu xəstəlik çox qorxuludur: "Ailələrini, balalarını sevirlərsə, onları, özlərini qorusunlar, maska taxsınlar".
Digər xəstə isə çətinliklə danışaraq bu xəstəliyə inanmayanlara müraciət edib: "Yalan söhbət ola bilməz, xəstəlik var, mövcuddur. Bunun da qarşısı alınmalıdır".
Qoyulan tələblərə əməl edərək sosial məsafə saxlamaq, tibbi ləvazimatlardan istifadə etmək reanimasiyada ölümlə yaşam arasında mübarizə aparmaqdan daha asandır.

Hadisə       Tarix: 02 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az dunyada son xeberler siyaseti xeberler bugun oxu.az xeberler