Regionda toqquşan maraqlar və Rusiya-Qərb qarşıdurmasının əngəllədiyi sülh - Polkovnikdən AÇIQLAMA

Regionda toqquşan maraqlar və Rusiya-Qərb qarşıdurmasının əngəllədiyi sülh - Polkovnikdən AÇIQLAMAErmənistanın qeyri-konstruktiv mövqeyi Cənubi Qafqazda sülhü təhlükə altına alır. Otuz il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan region dövlətləri üçün daim təhlükə mənbəyidir. 44 günlük Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan indi regionda yaranan geosiyasi vəziyyətlə barışmaq istəmir. Sözüylə əməli üst-üstə düşməyən Ermənistan rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində regionda gərginlik artır. İki gün əvvəl Qarabağda erməni hərbi birləşmələrinin atəşkəsi pozması da sülh danışıqlarına mane olmaqdan başqa bir şey deyildi. Hər dəfə sülh danışıqları zamanı sərhəddə və ya Qarabağda atəşkəs pozulur və Ermənistan bundan faydalanmaq istəyir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov KONKRET.az-a açıqlamasında ermənilərin təxribatına adekvat cavab verildiyini bildirir:
Regionda toqquşan maraqlar və Rusiya-Qərb qarşıdurmasının əngəllədiyi sülh - Polkovnikdən AÇIQLAMA"Bu təxribatlar siyasi məqsəd daşıyır. Hədəf taktiki deyil, siyasi hədəfdir. Burada məqsəd aparılan danışıqlara təsir göstərməkdir. Ermənilərin danışıqlardan qaçmaq üçün başqa üsulu yoxdur. Onlar danışıqlardan yayınmağın ən yaxşı yolunu gərginliyin artmasında görürlər. Danışıqların normal keçməsi üçün sabitlik lazımdır, ermənilər isə buna imkan vermirlər.
Gərginlikdə isə maraqlı tərəflər çoxdur. Cənubi Qafqazdakı hadisələrdə həm Rusiya, həm də Rusiyaya qarşı olan qüvvələr maraqlıdır. Rusiyanın maraqları aydındır. Ruslar regionda özlərinin sülhməramlı missiyasının müddətini uzatmaq istəyir. Bunun üçün də regionda sabitlik pozulmalı, konflikt davam etməlidir. Rusiyaya qarşı olan qüvvələrə gəlincə, onlar burada öz maraq dairələrini genişləndirmək və Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün səylər göstərirlər. Ona görə də bölgədə gərginlik onlar üçün də lazımdır.
Ermənistanda olan Avropa missiyasının əsas məqsədi isə Rusiyaya qarşı etirazların artmasına yardım göstərməkdir. Onlar yerli əhali ilə aparılan işlərin sayəsində müəyyən qədər buna nail olublar. Ona görə də regiondakı gərginlik hər iki güc sahibinin marağındadır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi ilk gündən danışıqlara müyyən əngəllər yaradır. Bununla yanaşı Ermənistan rəhbərliyi heç vaxt müstəqil olmayıb, müstəqil qərar qəbul etməyib. Bunlar həmişə müxtəlif qüvvələrin təsiri altına düşür və onların sifarişlərini həyata keçirirlər. Deməli, hazırkı şərtlər altında bu gün sülh müqaviləsinin bağlanması çətindir.
Azərbaycan həmişə diplomatik yollara üstünlük verir. Amma erməni silahlı birləşmələrinin tərksilah edilməsi məsələsi də gündəmdədir. 10 noyabr üçtərəfli bəyannaməsinin 4-cü bəndinə görə, Qarabağ ərazisindən erməni hərbi birləşmələri çıxarılmalıdır. Düzdür, proses xeyli ləngiyir, amma bu istiqamətdə resurslar tükənməyib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun