Reperin həbsi ilə bağlı daha bir versiya

Reperin həbsi ilə bağlı daha bir versiyaSon günlər sosial şəbəkələrdə "Paster" ləqəbli reper Pərviz Quliyevin saxlanması və həbs olunması ilə bağlı xəbərlər dolaşmaqdadır. Onun həbs olunması ilə bağlı müxtəlif səbəb və versiyalar göstərilir.
Open.az "Günün nəbzi"nə istinadən xəbər verir ki, mənbənin məlumatına görə 15 dekabr tarixində rep ifaçıları arasında yarışma keçirilmiş, yarış zamanı Tibu ləqəbli rəqiblə söz duelində Pərviz Quliyev ifasında polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlədib. Məhz bu hadisədən sonra onun saxlanılaraq 30 sutka həbs olunduğu bildirilib.
DİN-in mətbuat xidmətindən isə P.Quliyevin Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişin və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər etdiyi, polisin onu intizama dəvət etməsi ilə bağlı qanuni tələblərinə tabe olmadığına görə saxlanılması ilə bağlı açıqlama verilib.
Xatırladaq ki, azərbaycanlı reperlər üçün "döyüş" səhnəsi olan "Kəllə Kəlləyə"də bu dəfə Pasterlə Tibu KM qarşılaşıb, "Elektra Events Hall"da baş tutan dueldə izdiham yaşanıb.
Dəfələrlə yarışlarda çempion olan Pasterin qalib gələcəyi proqnozlaşdırılsa da, beş münsif üzvünün səsinə əsasən, Tibu 3:2 hesabla qalib olub. Həlledici səsi jüri olan keçmiş repçi Fərid Dadaşov (MC Daddy) verib. Həmin anda Pasterin tərəfdarları jüri heyətinə etiraz edərək klubu tərk etməyəcəklərini qeyd ediblər. Daha sonra fanatlar arasında dava da olub. Etirazlar bir müddət davam etsə də, qərarda heç bir dəyişiklik olmayıb. Pasterin məğlubiyyəti sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Əksər istifadəçilər münsiflərin haqsız olaraq qərar çıxardıqlarını iddia ediblər.
Tibu isə sosial şəbəkədə status yazaraq 5 münsifin peşəkar repçi olduğunu qeyd edib:
"Bu döyüşdə repə rep oldu. Amma Pərviz (Paster) çox söyüş söydü! Yəni, həyatda necə, meydanda elə hörmət olmalıdır. Mənimlə olan hər kəsə təşəkkür. Biz tarix yazdıq".
Bundan əlavə, sözügedən qarşılaşma üçün Pasterin təşkilatçılardan 10 min manat tələb etdiyi də iddia olunub. Tibu İnstaqramda bu məsələyə toxunaraq "bundan sonra mənimlə döyüş 20 mindir" şərhini yazıb. /open.az

Şou Biznes       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler ən son xəbərlər bugün en yeni xeberler xeber.az son xeberler