Rəşad Sadıqov erməni futbolçu ilə bağlı hansı tapşırığı verib? – DANIŞDI
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasında rəqibləri olan Xorvatiyanın "Osiyek" klubunun çalışdırıcısı Frederiko Koppitellinin komandalar arasında keçirilən ilk oyundan sonrakı açıqlamasına cavab verib.
KONKRET.az xəbər verir ki, mütəxəssis rəqib çalışdırıcının dediklərinin ona qəribə gəldiyini bildirib:
"Onun açıqlamasını oxumuşam. Dərhal mənə də pis təsir etdi, qəribə gəldi. İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da bizim top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb".
R.Sadıqov həmçinin xorvatların heyətindəki erməni futbolçu Styopa Mkrtçyanın Bakıda meydana çıxacağı halda hansısa gərginlik yaranması təhlükəsi ilə bağlı sualı da cavablandırıb:
"Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da belə olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq".

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR