Rəsmi Bakı Ermənistanın "faydalı düşmən" ittihamına cavab verdi

Rəsmi Bakı Ermənistanın "faydalı düşmən" ittihamına cavab verdi Rəsmi Bakı Ermənistanın "faydalı düşmən" ittihamına cavab verdi
"Prezident İlham Əliyev yerli KİV-in suallarını cavablandıraraq, nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətin beynəlxalq tanınmış ərazilərini zəbt edərək, bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə aydın şəkildə və konkret faktlarla ifşa edib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi isə Azərbaycanı bu ölkəni "faydalı düşmən" obrazında təqdim etməkdə ittiham edir.
L.Abdullayeva qeyd edir ki, Ermənistan 30 ilə yaxındır Azərbaycanın ərazilərini hərbi işğal altında saxlayır.
"Ermənistan bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə artıq düşmən obrazını çoxdandır ki, qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm ölkə daxili iflasa uğrayan siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.
Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxış edən Ermənistan beləliklə də "əhalilərin sülhə hazırlanması" çağırışını ciddi şübhə altına qoyur", - deyə L.Abdullayeva açıqlamasında bildirib.
O qeyd edib ki, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb və bundan sonra da alacaq:
"Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, yalnız işğalçı qüvvələrin məlum BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.
Azərbaycan Xarici İşlər Nazirliyi hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib və münaqişənin tezliklə həll olunması məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycanın olduğu kimi adlandırılmasında qətiyyətli mövqe nümayiş etdirmələrini tələb edib. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir və prinsipial xarakter daşıyır".

Siyasi       Tarix: 10 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik – Prezident

Azərbaycan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbu

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari siyaseti xeberler bugun sosial yardim xəbər