Rəsmi Bakıdan bəyanat: "Qarabağ xalqı anlayışı yoxdur

Rəsmi Bakıdan bəyanat: "Qarabağ xalqı anlayışı yoxdurRəsmi Bakıdan bəyanat: "Qarabağ xalqı anlayışı yoxdur"
"Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyəti, o cümlədən həyata keçirilən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı. Nazir, həmçinin, məhz Ermənistanın təxribatçı əməllərinin ritorikanın alovlanmasına xidmət etdiyini vurğuladı".
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib.
O bildirib ki, Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyini növbəti dəfə təkrarlayır.
"Aydındır ki, bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlaması və bu ərazilərdəki çoxsaylı yerli azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsi durur.
Əhalini sülhə hazırlamaq öhdəliyindən danışan Ermənistan bu öhdəliyinə əməl edərək işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarmalı, məcburi köçkünlərin öz evlərinə geri dönməsinə maneə yaratmamalıdır", - deyə L.Abdullayeva bildirib.
O, Ermənistan XİN-in istinad etdiyi Qarabağ "xalqı" ifadəsinə də münasibət bildirib. XİN rəsmisi qeyd edib ki, hamıya, elə Ermənistanın özünə də, "Qarabağ xalqı" deyilən anlayışın mövcud olmadığı yaxşı bəllidir.
"Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir. Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib. Münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi də elə bu insanların pozulmuş fundamental hüquq və azadlıqlarının bərpa edilməsidir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bölgədə davamlı sülh, sabitlik və təhlükəsiliyin təmin olunmasının başqa yolu yoxdur".
Xatırladaq ki, iyunun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə onlayn görüşü keçirilib. 
Ermənistan XİN-in görüşün yekunu barədə yaydığı açıqlamada Azərbaycanın "qeyri-konstruktiv bəyanatlarına" istinad olunur. Eyni zamanda, Qarabağ "xalqının" təhlükəsizliyindən bəhs edilir.

Siyasi       Tarix: 01 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri