Rəsmi Moskva: Ən pis ssenariyə hazırıq
Moskva ABŞ-la münasibətlərdə ən pis ssenariyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-dan rusiyalı diplomatların çıxarılmasının mümkünlüyü ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
"Başa düşürsünüz, Amerika tərəfinin düşmənçilik və proqnozlaşdırıla bilinməyən fəaliyyəti bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Yəni ki, sizin olduqca aqressiv əhval-ruhiyyəli həmsöhbətiniz olduqda, təbii ki, siz hər zaman mobilizə olunmuş vəziyyətdə olursunuz", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, KİV-də ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı ssenarilər yayılıb. Rusiyalı diplomatların ABŞ-dan çıxarıla biləcəyi də qeyd olunur.

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Qızıl bahalaşdı