Rəsul Çunayev Azərbaycanı tərk edir: "Ailəmi dolandırmalıyam"

Rəsul Çunayev Azərbaycanı tərk edir: Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Rəsul Çunayev digər ölkənin bayrağı altında mübarizə aparmaq niyyətindədir.
KONKRET.azxəbər verir ki, 2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatının qızıl, 2016-cı ildə Rio De Janeyroda təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanan 31 yaşlı idmançı "CBC Sport" telekanalının "Bizim İdman" verilişində müxtəlif ölkələrdən təkliflər aldığını bildirib:
"Sonuncu dəfə Azərbaycan millisinin heyətində 2020-ci ildə Sofiyada keçirilən Olimpiadanın lisenziyalı turnirində çıxış etmişəm. Bu turnirdən sonra zədələrin müalicəsi ilə məşğul olmuşam. İndi xalçaya qayıtmaq, çıxış etmək və qalib gəlmək istəyirəm. Başa düşürəm ki, indi 77 kiloqram çəki dərəcəsində millinin lideri Sənan Süleymanovdur və məşqçilər mənimlə hesablaşmırlar. Amma mən daha bir neçə il çıxış etmək üçün özümdə güc hiss edirəm. Avropa və Asiyanın bir neçə ölkəsi məni öz milli komandalarında döyüşməyə dəvət etdi.
Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm. Bəzi ölkələr hətta zədələrin müalicəsində də kömək etməyə hazırdırlar. Düşünmürəm ki, başqa ölkədə çıxış eləsəm, vətənimə münasibətdə yanlış olar. Bir çox tanınmış pəhləvanlar öz komandalarına düşmədikdə, başqa dövlətlər üçün mübarizə aparırlar.
İndi mənim üçün çətindir, dolandırmalı olduğum ailəm var. Buna görə də milli federasiya üçün problem olmasa, həmin ölkələrdən birini seçəcəyəm. Niyə Paris-2024 Olimpiadasına vəsiqə uğrunda mübarizə apararkən, döşəkdə Azərbaycandan olan biri ilə görüşməyək?", – deyə Çunayev qeyd edib./Fanat.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

İdman       Tarix: 23 may 2022
f Paylaş

Oxşar xəbərlər

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onu

Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu

İsmail Kartalın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan "Fənərbağça"nın seçimi yerli mütəxəssis olub. KONKRET.azxəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin "X" hesabınd

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb. xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 26 yaşlı cinah oyunçusu UEFA Millətlə

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind

PSJ-dən Arda Gülerə üçqat maaş təklifi

PSJ heyətini gücləndirmək üçün "Real"ın yarımmüdafiəçisi Arda Güleri transfer etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. Bildirilir ki, Paris klubu 21 yaşlı futbolçuy

"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a ududzuqları matçdan danışıb. xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava haqqinda xeberlər son xeberler bugun 2026 canli