Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri AÇIQLANDI

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri AÇIQLANDIGüləş üzrə Azərbaycan milli komandalarının iyunun 22-də İtaliyanın paytaxtı Romada start götürəcək Matteo Pellikone turniri üçün heyəti açıqlanıb.
Federasiyadan KONKRET.az-a verilən məlumata görə, 4 gün davam edəcək cari ilin 3-cü reytinq turnirində yunan-Roma güləşi üzrə yığma baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli, Murad Məmmədov, Nihat Məmmədli (hamısı 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) yer alıb. Aparıcı güləşçilərdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) zədə üzündən bu turnirdə iştirak etməyəcək.
Proqrama əsasən, Qənizadə istisna olmaqla, bütün milli üzvləri yarışın ilk günündə mübarizəyə başlayacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Qaliblər elə həmin gün müəyyənləşəcək. Medallar uğrunda qarşılaşmalar 20:00-da başlayacaq. Qənizadə isə növbəti gün xalça üzərinə çıxacaq.
Turnirin son 2 günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Hüseynov (hər ikisi 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Əşrəf Aşırov, Xadjimurad Omarov (hər ikisi 79 kq), Abubakr Abakarov, Orxan Abasov (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) Azərbaycanı Romada təmsil edəcək.
İyunun 24-də son Avropa çempionu Maqomedxan Maqomedov çıxış edəcək. Yarışın son günündə isə digər yığma üzvləri xalça üzərinə çıxacaq.
Qeyd edək ki, reytinq turnirində I kateqoriyalı hakim Natiq Hacıyev ədaləti qoruyacaq.

İdman       Tarix: 21 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadə

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

"Fənərbağça"nın yeni baş məşqçisi bilindi – FOTO

"Fənərbağça"da baş məşqçi postu ilə bağlı Serxio Konseysaonun namizədliyi üzərində tam razılıq əldə olunub. xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb. Artıq portuqaliyalı mütəxəssis İstanbula dəvə

Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Raundun matçları iki günü əhatə edəcək. "Sabah" – "İmişli" matçı dekabrı

Timoteuş Puxaç "Sabah"dan gedir?

"Sabah"ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın "Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb. -a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə "Meczyki" nəşrinə müsahibəsində danışıb

Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb. xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 26 yaşlı cinah oyunçusu UEFA Millətlə

"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. xəbər verir ki, C qrupunda VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçis

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun beynelxalq bank mezenne şou biznes xəbərləri en son xəbərlər bugün