Riçard Qiraqosyan: "Ermənistan ABŞ-la bağlı illüziyalara qapılmamalıdır"

Riçard Qiraqosyan: ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri və onun Azərbaycan əleyhinə bəyanatları Ermənistanın hakim dairələrini ruhlandırıb.
KONKRET.az xəbər verir ki, Pelosinin İrəvana səfəri ilə eyni vaxtda hökumətə bağlı qərbyönlü QHT-lər Ermənistanın KTMT-dən çıxması tələbi ilə etiraz aksiyası keçiriblər.
Bundan başqa, Pelosinin səfəri fonunda Ermənistan rəsmilərinin Rusiyaya qarşı tənqidi ritorikası daha da sərtləşib. İrəvanda ümid yaranıb ki, ABŞ onlara ordunu bərpa etmək üçün müasir silahlar və digər hərbi dəstək verə bilər.
Riçard Qiraqosyan: Bununla belə, vaxtilə ABŞ xüsusi xidmət orqanları ilə işləmiş erməni analitik Riçard Qiraqosyan hesab edir ki, Ermənistan hakimiyyəti ABŞ-ın Ermənistanı təhlükəsizliklə təmin edə biləcəyi ilə bağlı illüziyalara qapılmamalıdır.
Qiraqosyan hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana ölkə üçün çətin olan bu vaxtda səfəri ABŞ-ın regionla bağlı siyasətində dəyişikliklərin başlanmasına sübutdur.
"Konkret vaxta təsadüf edən bu səfər siyasi dəyişikliklərin sübutudur. Fikrimcə, bu, Qərbin – ABŞ və Aİ-nin regionun işlərinə daha çox qarışmasından xəbər verir", – deyə erməni ekspert bildirib.
Eyni zamanda, Qiraqosyan indiki mərhələdə Ermənistan hakimiyyətini və ictimaiyyətini ABŞ-dan artığını gözləməməyə çağırıb.
Jurnalistin ABŞ-ın müəyyən təhlükəsizlik təminatı verməsini mümkün hesab edib-etməməsi ilə bağlı sualına Qiraqosyan belə cavab verib: "Mən şübhə ilə yanaşıram. Məncə, bu məsələdə Qərbdən birbaşa hərbi yardım və ya silah ala biləcəyimiz illüziyasından uzaq durmalıyıq.
Qiraqosyanın sözlərinə görə, "Ukraynada vəziyyət tamamilə fərqlidir" və Ermənistanla bağlı baş verənlərlə eyni deyil.
O, hesab edir ki, Ermənistan milli təhlükəsizlik maraqları naminə Gürcüstan kimi NATO-ya üzv olmağa can atmır, ancaq Rusiya ilə Qərb arasında maksimum balansı saxlamağa çalışır, hər iki tərəfdən müəyyən fayda əldə etsin.
Bununla belə Qiraqosyan xatırladıb ki, Qarabağın taleyi hazırda ABŞ-dan və hətta Ermənistanın özündən daha çox regionda yerləşən Rusiya sülhməramlılarından asılıdır.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 19 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az cəbhədən son xəbərlər cəbhədən son vəziyyət krimnal xeber