Ritz-Carlton, Bakı və JW Marriott Abşeron Bakı otellərinə yeni baş icraçı təyin edildi

Ritz-Carlton, Bakı və JW Marriott Abşeron Bakı otellərinə yeni baş icraçı təyin edildiRitz-Carlton, Bakı və JW Marriott Abşeron Bakı yeni baş icraçısını qarşılayır.
Bakı, Azərbaycan – Sentyabr 2023 – Nilesh Singh 20 ildən artıq qonaqpərvərlik təcrübəsini bölüşərək, JW Marriott Abşeron Bakı otelinin əməkdaşları eləcə də The Ritz-Carlton, Baku-nun xanım və bəylərinə qoşulur. Nilesh karyerasına 2000-ci ildə qida və içki departamentində başlayıb və burada Hindistanda yerləşən Oberoi Otelləri və Kurortları ilə 12 ildən çox müddətə üç fərqli mülkdə karyerasını inkşaf etdirmək imkanı qazanıb. O, Beynəxalq Marriott-da xüsusi mətbəxlərə və müştərilərə həsr olunmuş səkkiz fərqli məntəqələri idarə etmək üçün Hindistanda məmləkəti Banqalorda yerləşən Ritz-Carltonda EAM kimi başlamışdır.
Üç il sonra o, The Ritz-Carlton, Bali-yə qoşulub və burada bir ildən çox çalışaraq otel gəlirini maksimuma çatdırıb, brend standartlarını qoruyaraq kurortdakı səkkizdən çox restoran və içki satış məntəqəsinin qonaqların məmnunluq göstəricilərini yüksəltdi. O, gəlir artımı və maliyyə göstəricilərinə yönəlmiş əməliyyat departamentlərinə cavabdeh olan Otel Meneceri roluna yüksəlıb. Bir ildən sonra o, müvəqqəti otel meneceri kimi The St. Regis Sinqapurda ev sahiblərinə dəstək olmaq şansı qazanıb və sonra The St. Regis Kuala Lumpura köçərək burada iki il ərzində güclü liderlik təcrübəsi nümayiş etdirib.
2021-ci ildə o, Hind okeanında Beynəxalq Marriott portfeli daxilində bu yeni mülkün açılışı üçün ilk dəfə olaraq Le Meridien Maldives Resort and Spa-da baş menecer vəzifəsinə təyin edilib. Nileş həm işə qəbul prosesində, həm də otelin inkşaf prosesində iştirak edirdi.
Uğurlu karyerası boyunca Nilesh Singh İndoneziya, Hindistan, Sinqapur və Malayziyada çoxmədəniyyətli komandaların idarə olunmasında güclü təcrübə ilə effektiv liderlik və insanları idarə etmə bacarıqları nümayiş etdirmişdir.
O, sağlamlıq həvəskarıdır, həvəskar oxucudur, yerli mədəniyyət və adət-ənənələrdən həzz almaq üçün müxtəlif ölkələrə səyahət etməyi və kəşf etməyi sevir.
Əlavə məlumat və ya bron etmək üçün otelin internet səhifələrinə müraciət edin:
The Ritz-Carlton, Baku və JW Marriott Absheron Baku
The Ritz-Carlton Hotel Company, LLC haqqında
The Ritz-Carlton Hotel Company, L.L.C. hazırda 34 ölkədə və ərazidə 108-dən çox otelləri fəaliyyət göstərir. Ətraflı məlumat və ya rezervasiyalar üçün www.ritzcarlton.com veb saytına daxil olun, ən son xəbərlər üçün news.marriott.com saytına daxil olaraq və canlı söhbətə qoşulun, #RCMemories-dən istifadə edin və Facebook, Twitter və Instagram-da bizi izləyin. The Ritz-Carlton Hotel Company, L.L.C. Marriott International, Inc.-in (NASDAQ:MAR) bütövlükdə tərkib şirkətidir. Ritz-Carlton, Marriott International qlobal səyahət proqramı olan Marriott Bonvoy®-da iştirak etməkdən qürur duyur. Proqram üzvlərə qlobal brendlərdən ibarət qeyri-adi portfel, Marriott Bonvoy Moments-da eksklüziv təcrübələr və pulsuz gecələr və Elit statusunun tanınması da daxil olmaqla misilsiz üstünlüklər təklif edir. Pulsuz qeydiyyatdan keçmək və ya proqram haqqında ətraflı məlumat üçün marriottbonvoy.com saytına daxil olun.
"JW Marriott Absheron Baku" Haqqında
"JW Marriott Absheron Baku" xüsusi "JW Marriott" lüks standartlarından həzz alaraq həqiqi Azərbaycan qonaqpərvərliyi təcrübəsi axtaranlar üçün ideal bir məkandır. Otel İçərişəhərdən gəzinti məsafəsində və hava limanından 30 dəqiqəlik yol məsafəsində yerləşir. Nəfis zəriflikdən lütfkar rahatlığa, "JW Marriott Absheron Baku" Xəzər Dənizi mənzərəsi olan 237 son dərəcə gözəl qonaq otaqları və lüks otaqları təklif edir. "Absheron Spa & Fitness"-in misilsiz dam quruluşu ilə möhtəşəm mənzərəsindən feyzyab olun. "JW Marriott Absheron Baku" həqiqi xoş təcrübə qazanmaq üçün beş restorana malikdir. Hər yemək vaxtı üçün açıq olan rəngarəng Aralıq Dənizi mətbəxlərindən ilhamlanan enerjili "ZEST Lifestyle Café"; alovlu "Fireworks Urban Kitchen" mükəmməl hazırlanmış xidmət; klassik və müasir italyan yeməkləri təqdim edən incə və mürəkkəb "OroNero Bar & Ristorante"; rahatlandırıcı "The Tea Lounge" geniş çeşidli yerli, beynəlxalq və xüsusi çaylar, əla növ qənnadı məmulatlar, şokoladlar və unikal kokteyllər ilə; gözqamaşdırıcı "Razzmatazz Cocktail Bar & Lounge" – DJ və ən böyük içki seçimi ilə ekzotik, populyar bar. Xüsusi olaraq Bakıda ən geniş zallardan biri 1207 kv2 olan Şərq Zalını qeyd edək. Bir ömür boyu lüks istirahət sizi "JW Marriott Absheron Baku Hotel"-da gözləyir. jwmarriottbaku.com, Instagram və Facebook onlayn səhifələrimizə daxil olun. / azxeber.com

İqtisadiyyat       Tarix: 04 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber az cəbhədən son məlumatlar bu gunun xeberleri