RT: "Navalnıya daha 15 il həbs cəzası verilə bilər"
Fırıldaqçılıq və hakimi təhqir etmək ittihamı ilə 9 il həbs cəzasına məhkum edilmiş müxalif siyasətçi Aleksey Navalnı ekstremist fəaliyyətlə bağlı mühakimə oluna bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Russian Today" ("RT") mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Aleksey Navalnını əlavə 15 il həbs cəzası gözləyir.
"Navalnıya qarşı irəli sürüləcək ittihamlarla bağlı hadisələr bu ilin yazında baş verib. İş materiallarına görə, o, tərəfdarlarını xüsusi hərbi əməliyyatın keçirilməsinə qarşı razılaşdırılmamış mitinqlərə çıxmağa çağırıb", – dövlət nəşri yazıb.
RT mənbələrinin məlumatına görə, istintaq müxalifətçinin açıq bəyanatlarını dövlət quruluşunu devirməyə çağırış kimi qiymətləndirir.
Bildirilib ki, Aleksey Navalnı tərəfdarlarının hərəkətlərini şəxsən idarə edib.
Məlumata görə, böyük ehtimalla, müxalifətçinin həmfikirləri də məsuliyyətə cəlb oluna bilər.
Qeyd edək ki, sentyabrın 8-də Navalnı vəkili ilə bağlı imtiyazının ləğvindən şikayət edib. Siyasətçinin sözlərinə görə, cəza çəkdiyi müəssisənin rəhbərliyi onun vəkili ilə işləməsini çətinləşdirib. İndi Navalnı ilə vəkili arasında söhbətlər də həbsxana əməkdaşlarının nəzarəti altında aparılır.
İqbal Rzayev,
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır