Ruben Vardanyanın əsas səhmdarı olduğu bank satıldı
"Bank of Georgia"nın sahibi olan "Bank of Georgia Group PLC" Ermənistanın ən böyük banklarından biri olan "Ameriabank"ın 100%-lik səhmlərini aldığını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Bank of Georgia" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan tərəfinin 303,6 milyon dollar ödəyəcəyi qeyd olunur.
"Sövdələşmə yekunlaşdıqdan sonra "Ameriabank" mövcud rəhbərliklə qrupun bir hissəsi kimi fəaliyyətini davam etdirəcək. Eyni zamanda, şirkət öz brendini qoruyub saxlayacaq", – məlumatda deyilir.
2023-cü ildə ilin sonuna "Ameriabank"ın aktivləri 1 trilyon 410 milyard dram təşkil edib. Aktivlərə görə, bank illər boyu Ermənistanda lider idi, lakin son illərdə lider mövqeyini "Ardşınbank"a uduzub.
"Bank of Georgia"ya gəlincə, onun ən böyük səhmdarı "Georgia Capital"dır, lakin səhmlər "JP Morgan", "BlackRock", "Vanguard" və s. kimi investisiya təşkilatlarına məxsusdur:
Hazırda Ameriabank-ın beş səhmdarı var: "İmast Group" (48,87%), bu, milyarder Ruben Vardanyanın payıdır, Avropa Yenidənqurma və İnkişaf Bankı – AYİB (17,73%), AİB (13,92%), "IS -PS" Holding Limited" (11,98%) və "Afeyan Fund for Armenia" Inc. (7,5%).
Məlumata görə, yalnız AYİB öz payını saxlayacaq.
Müxtəlif mənbələrə görə, "Bank of Georgia"nın səhmdarları arasında Türkiyə vətəndaşları da var.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR