Rubl və lirə dəyərdən düşür, manatı nə gözləyir? - AÇIQLAMA
Bir müddətdir Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdə davam edir. Ötən bir ay ərzində rubl dollara nisbətən 7 faizə yaxın dəyər itirib. Qardaş ölkə Türkiyədə keçirilən seçkidən sonra hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır.
Hər iki valyutaya edilən təzyiqlər fonunda manatın vəziyyəti ilə bağlı narahatlıqlar yaranıb.
KONKRET.azMetbuat.az-a istinadla xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrin valyutalarının dəyər itirməsi Azərbaycan manatına müəyyən dərəcədə təzyiq formalaşdırır:
"Qeyd edim ki, bu təzyiq daha çox ikitərəfli əlaqələrdə və ticarət dövriyyəsində, yəni idxal, ixrac əməliyyatlarında ortaya çıxır. Rusiyada rublun dəyərdən düşməsi çox böyük bir itki deyil. Faktiki olaraq uzun müddət bir dollar 75-76 rus rublu olub. Ticarət əlaqələrində də bu kursa adaptasiya olunub. Yəni bu kurs Azərbaycan üçün ciddi bir təzyiq deyil. Ümumiyyətlə, rublun dəyərinin 85 rubla qədər olması Azərbaycan üçün ciddi bir təzyiq formalaşdırmır, əksinə, Rusiyadan idxal etdiyimiz taxıl məhsulları və digər məhsulların qiymətlərinə müsbət təsir göstərir".
Türkiyə lirəsində vəziyyətin nisbətən fərqli olduğunu ifadə edən ekspert qeyd edib ki, Azərbaycanın Türkiyə ilə ticarət əlaqələri manata çox ciddi təzyiq formalaşdıracaq səviyyədə deyil:
"Azərbaycan Türkiyəyə ən çox enerji məhsulları – nef və qaz ixrac edir. Onların da qiyməti dollarla müəyyən olunur. Ona görə də lirənin hansı səviyyədə olması bizə az təsir edir. Çünki ödənişlər dollarla və yaxud həmin günün lirə kursu ilə ödənilə bilər. Amma Türkiyənin çətin vəziyyətə düşməsi, ödənişlərin gecikməsi isə tamam başqa bir məsələdir".
Elman Sadıqov hesab edir ki, Türk lirəsinin və yaxud Rusiya rublunun dəyərdən düşməsinin manata ciddi təzyiq formalaşdıracağı fikri şişirdilmiş fikirlərdir:
"Ehtimal edilən xüsusi zərər ilə bağlı narahatlıqlar daha çox meyvə ixracında və digər kənd təsərrüfatı məhsulları ilə bağlı ola bilər. Amma bizim ixracımız, xüsusilə Türkiyəyə enerji məhsulları olduğu üçün bu təzyiqin çox yüksək olduğunu düşünmürəm.Türkiyədən idxal etdiyimiz məhsulların bir hissəsi ölkəmizdə istehsal olunmur. Hazırda lirənin dəyərdən düşməsi gündəlik tələbat malları, xüsusilə geyim məhsullarının qiymətlərinə müsbət təsir göstərir ki, bu da əhalinin rifahına uyğundur. Nəticədə bir az daha aşağı qiymətlə məhsul almış olacağıq".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır