Ruhani ABŞ və Avropanı müharibə ilə hədələdi - İRAN ÇALXALANIR
"Bu gün ABŞ əsgərləri təhlükəzlikdə deyil. Sabah Avropa əsgərləri də təhlükəsizlikdə olmaya bilər".
xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.
Prezidentin paytaxt Tehranda Nazirlər Kabineti toplantısındakı çıxışını İran Dövlət Televiziyası yayımlayıb.
Ruhani çıxışında bu sözlərə yer verib: "Biz bölgədə təhlükəsizlik probleminin yaşanmasını istəmirik. Bu bölgədən savaşmadan, ağıllı şəkildə çıxın. Bu gün ABŞ əsgərləri təhlükəzlikdə deyil. Sabah Avropa əsgərləri də təhlükəsizlikdə olmaya bilər. Gəlin, nüvə razılaşmasına sadiq qalaq. ABŞ bu razılaşmadan geri çəkilməklə regional təhlükəsizliyi sual altında qoydu. Bölgədəki təhlükəsizlik problemi də ABŞ, Avropa və dünyanın təhlükəsizliyinə mənfi təsir göstərir".
Ruhani İranın hərbi rəsmilərini Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin raketlə vurulmasına dair reallıqları ictimaiyyətə açıqlamağa çağırıb. Xalq idarəçilərindən səmimi və sadiq davranış gözləyir. Mən baş qərargah və hərbi qüvvələrdən rica edirəm. Əvvəlindən axırına qədər hadisənin detallarını xalqa açıqlayın. Xalqdan üzr istəyək. Mən İran-İraq müharibəsində 7 il boyunca müdafiə sistemlərindən məsul şəxs idim. Nə müharibə, nə də İran tarixində belə hadisə görülmüşdü".
Qeyd edək ki, yanvarın 8-də Ukraynaya məxsus sərnişin təyyarəsinin raket zərbələri ilə vurulması İran xalqını ayağa qaldırıb.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək