Rumıniya hərbi gəmisi Qara dənizdə minaya düşdü
Rumıniyaya məxsus hərbi gəmi Qara dənizdə minaya düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə "Reuters" Rumıniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Rumıniya Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, "Locotenent Dimitrie Nicolescu" ("Leytenant Dimitrie Nicolescu") adlı gəminin ekipajı mina ilə bağlı xəbərdarlıq alıb, lakin onu zərərsizləşdirməyə vaxt tapmayıb. Hadisə Rumıniyanın Konstansa limanından 25 dəniz mili şimal-şərqdə baş verib.
"Partlayış nəticəsində ölən və yaralanan yoxdur, 75 nəfərlik ekipaj partlayışdan xəsarət almayıb. Gəminin üzmə qabiliyyəti pozulmayıb", – Rumıniya Müdafiə Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, hərbi əməliyyat başlayandan Türkiyə, Rumıniya, Bolqarıstan və Ukrayna Qara dənizdə 28 sürüklənən minanı zərərsizləşdirib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır