Rus casuslarına Qarabağla bağlı ŞOK TAPŞIRIQ VERİLİB - SENSASİON MƏLUMAT

Rus casuslarına Qarabağla bağlı ŞOK TAPŞIRIQ VERİLİB - SENSASİON MƏLUMATBolqarıstanın hərbi kəşfiyyat Xidmətinin Rusiyanın xeyrinə casusluqda ittiham olunan əməkdaşlarının işi üzrə sensasion audioyazı yayılıb.
Audioyazıda Rusiya hərbi kəşfiyyatının (GRU) Bolqarıstandakı agent-rezidenti həmin casuslardan birinə tapşırıq verir: "Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür, indi aktualdır..."
Bolqarıstan xüsusi xidmət orqanları Rusiyanın xeyrinə casusluq edən həmin əməkdaşları martın 19-da keçirilmiş əməliyyatla yaxalayıb. İş üzrə cəmi 6 fiqurant var. Casus qrupunun başçısı Bolqarıstan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı olub. Qrupa onun arvadı da daxil idi, qadının ikili vətəndaşlığı var-Rusiya və Bolqarıstan pasportları daşıyır. Casusları Rusiyanın Sofiyadakı səfirliyindən kurasiya ediblər. Bolqarıstan səfirliyin iki diplomatını casusluqda ittiham edərək persona non-qrata elan edib.
Rus casuslarına Qarabağla bağlı ŞOK TAPŞIRIQ VERİLİB - SENSASİON MƏLUMATBolqarıstan xüsusi xidmət orqanları bildirir ki, casuslardan Rusiyaya, Ukraynaya, Belarusa və digər ölkələrə aid materialları əldə edib ötürmək tələb olunub. Habelə Yaxın Şərqə, İraqa, Suriyaya, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid materialların toplanılması tapşırılıb. Bu tapşırıq Qarabağda müharibənin getdiyi günlərdə, yəni ötən ilin payızında verilib.
"Hansı materiallar lazımdır-Bolqarıstandakı vəziyyət, Rusiyaya, Ukraynaya, İraqa aid materiallar, aktual nə varsa. Dağlıq Qarabağ çox mühümdür. Suriyaya aid son 4 ayın materialları, əgər götürə bilsən fotosunu çək. Habelə Ukrayna və Belarus barədə, və etirazın əsasını təşkil edən həmin 8 faiz polis haqda. Və görünən istənilən məxfi sənədin fotosunu çək ki, sənin məxfi sənədlərə çıxışının olduğu görünsün",-casusların kuratoru qrupun üzvünə tapşırıq verir.
Audioyazıda habelə Rusiyanın xeyrinə casusluğa görə aylıq qonorarın məbləği də müzakirə olunur. "İndi deyə bilmərəm nə qədər ödəyəcəklər, materialdan asılıdır. Lakin prinsipcə olacaq, gəl düzünü deyək, valyuta ilə. Necə sərfəlidir, valyuta ilə, yoxsa bolqar levi ilə? Denən, pulları harada saxlayacaqsan? Hər halda sənə 2000 lev və ya 3000 lev hər ay versələr bu, babat məbləğdir",-kurator deyir.

Hərbi kəşfiyyatın əməkdaşlarını casusluğa cəlb edən həmin kuratorun-keçmiş kəşfiyyat zabitinin hələ sovet dövründə KQB agenti olduğu üzə çıxıb. Başqa sözlə, GRU Bolqarıstandakı KQB agentlərini aktivləşdirib və onun əliylə yeni agentlər cəlb edib.
Bu şəxsin adı İvan İliyevdir, Bolqarıstan Müdafiə Nazirliyinin hərbi -analitik informasiya şöbəsinin rəhbəri olub, onun adı rəsmən açıqlanmır. Amma bildirilir ki, Bolqarıstanda və xaricdə təhsil alıb, habelə Moskvada kəşfiyyat məktəbini bitirib. Arvadının ikili vətəndaşlığı var. 75 yaşındadır, 5-6 il əvvələ qədər Bolqarıstan hərbi məktəblərindən birində müəllim işləyib. Görünür agentləri də tələbələri arasından seçib. Onlar məxfi sənədlərin fotosunu çəkiblər və Rusiya səfirliyindəki kuratorlarına ötürüblər. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 09 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbər cəbhədən son vəziyyət son xeberler bugun sonxeberler