Rus ekspert: Yunanlar ala bilər, türklər yox?
Baydenin hakimiyyətə gəlişi ilə ABŞ-ın xarici siyasəti nifrət və təkəbbür üzərində qurulmağa başlayıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı ekspert Nikolay Kostikin ABŞ-ın Ankaradakı səfiri Devid Sutterfildin S-400 böhranı ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O qeyd edib ki, Putin haqqında "kovboy" bəyanatlar bunun sübutudur:
"Hazırda Rusiya müttəfiqlərinə və tərəfdaşlarına çox böyük təzyiqlər göstərir. Ona görə də təbii ki, onlar da Rusiya ilə konstruktiv münasibətləri olan Türkiyəyə təzyiq göstərirlər. Çünki əslində, türklərin aldıqları S-400-lərin imkanları faktiki olaraq ona bütün ölkəni əhatə etməyə imkan vermir. ABŞ-ın yanaşmasında prinsip sezilir. Amma eyni zamanda Türkiyə də prinsip irəli sürür ki, öz ərazisi var. Çünki əgər onlar indi təslim olsalar, bu, türklərin ABŞ-a itaət etməsi anlamına gələcək".
Ekspert qeyd edib ki, Yunanıstanın analoji sistemi (S-300-lər nəzərdə tutulur - red.) olmasına baxmayaraq, ABŞ Türkiyəni müstəqil addım atdığı üçün cəzalandırmaq cəhdləri edir:
"Yunanıstanın Rusiyanın hava hücumundan müdafiə sistemlərinə sahib olmaq hüququ var, Türkiyənin isə yoxdur? Beləliklə, onlar Türkiyəni müstəqil fəaliyyət hüququndan məhrum etməyə və zorla Rusiyaya qarşı mövqe tutmağa məcbur etməyə çalışırlar.
Ancaq Rusiya ilə Türkiyənin yaxın ticarət, iqtisadi və humanitar əlaqələri var. Buna görə S-400-lər son deyil".

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər