Rus ekspertdən ermənilərə: "Bu, həyasızlığın zirvəsidir"
"Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gətirilmiş ermənilər yenidən evləri dağıdır, meşələri yandırır, təbiətə bərpası mümkün olmayan ekoloji ziyan vururlar".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Ermənistan-Rusiya münasibətlərindəki problemlərə diqqət çəkib:
"Bu gün bir sıra erməni KİV-lərində Rusiya silahları tənqid olunur. Guya Ermənistan bu silahlar keyfiyyətsiz olduğuna görə İkinci Qarabağ müharibəsində uduzub.
Pis rəqqasəyə həmişə maneə olur. Ermənistan İkinci Qarabağ Müharibəsində ilk növbədə hakimiyyət və dövlət idarəçiliyi sisteminin keyfiyyətsizliyi, sıravi hərbçilərin və zabitlərin soyulması, Müdafiə Nazirliyi sistemindəki ən yüksək səviyyədə korrupsiya səbəbindən uduzdu. Bir çox başqa səbəblərdə var. Ancaq milli qəhrəmanlarının nasist cinayətkarları və nasistlərin agentləri ("Erməni Bandera" – Qaregin Njde və buna bənzər personajlar) olan ölkə müharibədə qalib gələ bilməz. Bu, tarixin məntiqinə zidd olardı.
Ermənistan hətta üçtərəfli bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri sivil qaydada yerinə yetirə bilmir. İndi Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gətirilmiş ermənilər yenidən evləri dağıdır, meşələri yandırır, təbiətə bərpası mümkün olmayan ekoloji ziyan vururlar".
İqor Korotçenko ermənilərin Laçın ərazilərini minaladıqlarını da bildirib:
"Laçında yeni mina sahələri aşkar edilib, onların 2021-ci ildə Ermənistanda istehsal edildiyini göstərən faktlar var.
Rusiya silahlarının keyfiyyəti yüksəkdir. Sadəcə mübarizə aparmağı bacarmalı və qalib gəlmək üçün motivasiyalı olmalısınız. Əgər məğlub olmusunuzsa, səssizcə sürünərək uzaqlaşın. Problemlərinizə görə özünüzü günahlandırın, Rusiyanı yox".
Ekspert İrəvandakı ticarət mərkəzində ("Surmalu") baş vermiş partlayışa görə də Ermənistanın Rusiyanı ittiham etdiyini söyləyib:
"Yenə də Ermənistan öz problemlərinə görə Rusiyanı günahlandırmaqda davam edir. İrəvanda ticarət mərkəzlərindən birində partlayış baş verir, insanlar ölür və Rusiya günahkardır. Bu, sadəcə sinizmin (həyasızlığın) zirvəsidir". Teleqraf.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?